“Azərbaycan ailəsi-2018” film festivalının qalibləri mükafatlandırılıb
30.11.2018 [10:26]
Noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq dördüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, bu gün dünyada ailələrin sayının azaldığı müşahidə olunur. Təəssüf ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Azərbaycanda isə ailə vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi qəbul olunur.
Komitə sədri qeyd edib ki, Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə ailə siyasətinin formalaşdırılması işinə böyük diqqət yetirib. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ailənin önəmli rolunu qiymətləndirərək vurğulayıb ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrə xüsusi qayğı göstərir.
Vurğulanıb ki, “Azərbaycan ailəsi” festivalının keçirilməsində əsas məqsədlərdən biri kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək bu sahədə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılmasıdır.
Baş nazirin müavini Əli Əhmədov “Azərbaycan ailəsi” festivalının ailə dəyərlərinin qorunmasına və təbliğinə xidmət etdiyini bildirib. O qeyd edib ki, mənəvi sərvətimiz hesab olunan ailə cəmiyyətimizin özəyidir. Bəzi ölkələrdə cəmiyyət ailəsiz təsəvvür oluna bilər, Azərbaycanda isə bu cür deyil. Bizdə dövlət siyasətində ailəyə qayğı mühüm önəm kəsb edir. Festivalın digər müsbət təsiri odur ki, bu, həm də mədəni hadisədir. Cəmiyyətdə insanlar bu festival vasitəsilə öz yaradıcılıq imkanlarını inkişaf etdirə bilirlər.
Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, bu festival vasitəsilə yaradıcı insanlar öz potensiallarını beynəlxalq aləmdə təbliğ etmək imkanı qazanırlar. Layihə çərçivəsində ailə ilə bağlı toxunulan mövzular hüdudsuzdur. Burada mədəniyyət, təhsil, sağlamlıq və digər sahələrin önündə ailə institutunun gəldiyi göstərilir. Bu festivala geniş auditoriyanın cəlb edilməsinin əsas səbəblərindən danışarkən onun təşkilatçılarından birinin də Heydər Əliyev Fondunun olmasını göstərmək lazımdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində bu məsələ önəmli yer tutur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, hər bir cəmiyyətdə sağlam ailə təfəkkürü təhsilə, səhiyyəyə və mənəviyyata müsbət təsir edir. Azərbaycanda ailə institutunun qorunması ilə bağlı tədbirlərin görüldüyünü deyən Mələk Çakmak əlavə edib ki, BMT bu sahədə tərəfdaşlıq etməkdən məmnundur.
Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2018” film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

