Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
13.11.2018 [09:31]
Noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, qurumun direktoru Elmira Ələkbərova sərgidə çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda multikulturalizmin inkişafına hər zaman xüsusi diqqət ayırıb. Bu gün Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirir. Prezident İlham Əliyevin 2016-cı il avqustun 30-da imzaladığı “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam bu diqqət və qayğının bariz göstəricisidir. Siyasi Sənədlər Arxivi də bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı müxtəlif tədbirlər həyata keçirir. Bugünkü sərgi arxivdə qorunub saxlanılan, alman kolonistlərinin iqtisadi-sosial vəziyyətini əks etdirən sənədlərlə, kitablarla yanaşı, Alman-Azərbaycan Cəmiyyətinin təqdim etdiyi fotoşəkillər əsasında təşkil edilib.
Bildirilib ki, sərgidəki sənədlər “Azərbaycan tarixində alman səhifələri”nin sovet dövrünü əks etdirir və ilk dəfə olaraq almanların Cənubi Qafqazdan deportasiyasına start verən SSRİ-nin daxili işlər komissarı Beriyanın Azərbaycan SSR daxili işlər naziri Yaqubova göndərdiyi 1941-ci il 11 oktyabr tarixli, 001487 saylı əmr və deportasiyanın həyata keçirilməsi üçün təlimat, 1945-ci il mayın 8-dən 1950-ci il yanvarın 5-dək əsirlikdə olmuş Villi Deşin gündəliyi və İkinci Dünya müharibəsində alman millətindən əsir düşmüş şəxslərlə bağlı sənədlərdən bir sıra nümunələr nümayiş olunub.
Diqqətə çatdırılıb ki, bu sənədlər tədqiqatçıların araşdırmaları üçün açıqdır.
Sərgidə respublikanın tanınmış ziyalıları, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının elmi katibi Kəmalə Sarıcalinskaya, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Eldar Səmədov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Araz Qurbanov, professorlar Çingiz Abdullayev, Güllü Yoloğlu, tanınmış tarixçi alimlər Firdovsiyə Əhmədova, İkram Ağasiyev, Abbas Seyidov, Məhəbbət Paşayeva, Təvəkkül Əliyev, Ülviyyə Hacıyeva iştirak ediblər.
Tədbirdə mövzu ilə bağlı film göstərilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39

