"Azərsun Holdinq" şəkər çuğundurunun alış qiymətini artırıb
05.11.2018 [17:57]
Ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq "Azərsun Holdinq" İmişli Şəkər Zavodunun istehsal və emal gücünü iki dəfəyə qədər artırıb ki, nəticədə çuğundur əkin sahələri ildən-ilə genişləndirilməkdədir. Bu barədə "Azərsun Holdinq"dən məlumat verilib. Məlumatda deyilir ki, xammalın xarici bazardan asılılığının aradan qaldırılması, xüsusən də şəkər tozu istehsalında xammal kimi böyük tələbat doğuran şəkər çuğunduru əkin sahələri əvvəlki illərdə 2000-3000 ha təşkil edirdisə, ötən ildən etibarən əkin sahələrinin genişləndirilməsi 10.000 ha-larla artırılıb. Məsələn buna nümunə olaraq bildirmək yerinə düşər ki, 2017 təsərrüfat ilində bu bitki üzrə əkin sahəsi 14.000 ha-dək çatdırılıb.
Şəkər çuğunduru əkininin həyata keçirilməsi, bu məhsulun becərilməsində əkinçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən fermerlərə yaradılan şərait və verilən dəstək bu göstəricinin ildən-ilə daha da artmasını təmin edir. İstehsal müəssisəsi tərəfindən əkinçi və fermerlərin şəkər çuğunduru əkinçiliyinə marağının artırılması məqsədilə torpaq hazırlığından başlayaraq, toxumun torpağa tətbiqi, sağlam və keyfiyyətli məhsulun əldə edilməsi üçün bitkinin vegetasiya ərəfəsində aqrotexniki xidmətlərin kompleks şəkildə icrası, becərmə işlərinin düzgün və zamanında aparılması, yekunda məhsulun torpaqdan istehsal müəssisəsinədək tədarükü üçün nəqliyyat xərcləri daxil olmaqla müəssisə tərəfindən bütün maddi dəstək göstərilməkdədir. Bu sahəyə göstərilən diqqət və qayğının artırılması, əkinçilərə öz töhfələrini verməsi üçün müəssisə tərəfindən onlarla yerli aqronom bölgələrdə birdəfəlik işlə təmin edilərək bu sahəyə cəlb ediliblər. Son 14 illik şəkər çuğunduru əkinçiliyindəki təcrübəsiylə sınaqdan çıxmış torpaq seçimi kriteriyaları, əkin proqramı üzrə texnoloji xəritə, aqrotexniki vasitələrin seçimi, təchizatçı fermərlər ilə işləmə prinsipləri, müştəri nəzarəti və aqrar-müşavirlik xidmətləri sahələrindəki tövsiyələr Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yerinə yetirilməkdədir.
Bu günlərdə "Azərsun Holdinq" tərəfindən şəkər çuğunduru əkinçiliyi ilə məşğul olan mülkiyyətçilərə dəstək vermək üçün növbəti təsərrüfat ilindən etibarən şəkər çuğundurunun bir tonu üçün alış qiymətinin artırılmasına qərar verilib. Artıq İmişli Şəkər Zavodu şəkər çuğundurunun bir tonunu 60 manata satın alacaq. Bundan əlavə çuğundurun şəkərlilik dərəcəsi 14 faizdən artıq olarsa, hər ton üçün əlavə 2 manat ödəniləcək. Əkin sahələrinin genişlənməsi və İmişli Şəkər Zavodunun istehsal həcminin artırılması üçün aparılan yenidənqurma və modernizasiya işləri nəticə etibarilə şəkər ixracı həcminin də artırılmasına şərait yaradacaq.
Məlumatda əlavə edilib ki, şəkər çuğundurunun əkinçiliyi və emalı həcminin artması ilə bərabər, istehsal zamanı əldə edilən faydalı yan məhsulların da həcmi yüksəlib. İstehsal zamanı ölkənin ərzaq təhlükəsizliyi üçün mühüm strateji əhəmiyyət kəsb edən 25 min tondan artıq melas əldə edilib. Ölkəmizdə çörək mayasının istehsalının əsas xammalı olan melas, əgər əvvəllər ölkə xaricindən idxal edilirdisə, artıq bunu yerli xammal ilə əvəz etmək üçün münbit şərait yaradılıb. İmişli Şəkər Zavodunun istehsal potensialı həm melas, həm yanqar məhsulunun illik istehsal həcminin dəfələrlə artırılmasına şərait yaradır. Melas istehsalından həmçinin yüksəkkeyfiyyətli 95-96 faizli etanol spirti və heyvan yeminə qatqı kimi istifadə edilən vinas əldə etmək mümkündür. Daha dərin emaldan sonra yüksək zülallı, mikroelementlərlə zəngin melas qalığının yenidən yem istehsalında istifadəyə yararlı vəziyyətə gətirilməsi mümkündür. Yaxın gələcəkdə bu məhsuldan daha səmərəli istifadə üçün Melas Qurutma Stansiyasının qurulması nəzərdə tutulub və bu istiqamətdə zəruri addımlar atılır.
Şəkər çuğunduru emalı nəticəsində əldə olunan daha bir vacib yan məhsul isə yanqardır, çuğundurdan əldə edilmiş heyvan yemidir. Yanqar şirəli yem olaraq iribuynuzlu heyvanların süd artımında böyük rol oynayıb, yüksək yağlılıq, protein dəyərinə məxsus südün əldə edilməsində müstəsna rolu var.
Heyvanların südvermə qabiliyyətinin artırılmasına müsbət təsir göstərən yanqarın qablaşdırıldığı bağlamada fermentasiyası həyata keçir ki, bu da fermerlərin işini daha da rahatlaşdırır. Hazırda Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən yanqar məhsulu xüsusi avadanlıqlar hesabına qablaşdırılmaqla yerli fermerlərə təqdim edilir.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

