/ / Uşaqların psixoloji problemlərinin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır
Uşaqların psixoloji problemlərinin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır
31.10.2018 [08:25]
“Azercell”in dəstəyi ilə “Uşaq qaynar xətt” xidməti uşaqlara psixoloji, sosial və hüquqi yardım edir
“Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan uşaq qaynar xətt” xidmətinə daxil olan zənglər üzrə aparılan təhlillərdən bəlli olub ki, uşaqlarda baş verən narahatlıqların, psixoloji problemlərin əsas səbəbi valideynlərin bu istiqamətdə maariflənməsinin zəif olmasıdır.
Məhz bu nəticələri nəzərə alan Uşaq Qaynar Xətt Xidmətinin əməkdaşları artıq bir neçə ildir ki, maarifləndirmə tədbirləri həyata keçirirlər. İndiyə qədər Bakının bir çox məktəblərində şagird, müəllim və valideylərlə görüşlər təşkil edən xidmət əməkdaşları oktyabr ayında Bakının 147, 27 və 56 saylı tam orta məktəbində, həmçinin Göygöl rayonunda maarifləndirmə tədbirlərini davam etdiriblər. Tədbirdə uşaq hüquqlarına dair müxtəlif mövzularda təqdimatlar olub, müzakirələr aparılıb. Bundan əlavə “Qaynar Xətt”in prinsipləri, müraciət vasitələri, qaynar xətdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat verilib, şagirdlərə xidmətin maarifləndirici materialları təqdim edilib.
Qeyd edək ki, 2010-cu ildə Bakıda yaradılan “Azərbaycan uşaq qaynar xətt” xidmətinin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi müddətdə xidmətə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaq və gənclər, habelə valideynlər tərəfindən 32000-dən çox müraciət daxil olub. 2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə Xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir.
Nəzərinizə çatdıraq ki, “Qaynar xətt” hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir, bura həm şəhərdaxili, həm də “Azercell” nömrələrinə (012 480 22 80; 050/051 680 22 80) zənglə, habelə e-poçt xidməti (yardim@usaqxetti.az) və internet saytı (www.childhelpline.az) vasitəsilə müraciət etmək mümkündür.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55

