Biləsuvarlı pambıqçılar qısa vaxtda 3186 ton məhsul toplayıblar
05.10.2018 [08:45]
Bir neçə gündür ki, Biləsuvarda kütləvi pambıq yığımına başlanılıb. Ötən il sahələrdən 24 min 470 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda 3186 ton pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər.
Gün ərzində 490-500 ton məhsul toplanılır
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il biləsuvarlı pambıqçılar 12 min hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününə kimi bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Məhsulu qısa müddətdə toplamaq üçün 29 ədəd müasir kombayn və yığım üçün lazım olan digər texnikalar məhsul istehsalçılarının ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən gün ərzində 490-500 ton məhsul toplanılır.
Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və əlavə güzəştlər fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib
Qabaqcıl pambıqçı Lətif Cəfərov ötən il becərdiyi sahənin hər hektarından 45 sentner məhsul götürüb. “Bu ilə 25 hektarda məhsul yetişdirmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla təmin olunmuşam. Aqrotexniki tədbirləri vaxtında həyata keçirdiyim üçün bu il də bol məhsul yetişib. Birinci yığımı qısa müddətdə başa çatdırmışam. Bu günə qədər hər hektardan 45 sentner məhsul götürməklə 75 ton pambıq yığmışam. Hələ məhsul çoxdur. Bundan sonra daha 40 ton pambıq toplayacağıma əminəm. Dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və əlavə güzəştlər bizi daha çox məhsul istehsalına həvəsləndirib. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini daha da artıracağam”, - deyə fermer bildirib.
Biləsuvarlı pambıqçılar ötən il 11 min 351 hektar sahədən 24 min 470 ton məhsul toplayaraq pambıqçılıq rayonları arasında ikinci olublar.
Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda, ümumilikdə, 132,581 hektarda pambıq əkilib. Ən çox pambıq Saatlı rayonunda əkilib (15,815 hektar). Ölkə üzrə 9 min hektardan çox pambıq əkən 7 rayon var. Saatlı rayonu ilə yanaşı, İmişli (13,645 hektar), Sabirabad (13,055 hektar), Biləsuvar (12,022 hektar), Ağcabədi (9,946 hektar), Bərdə (9,630 hektar) və Beyləqanda (9,560 hektar) 9 min hektardan çox sahədə pambıq əkini aparılıb. Ölkə üzrə pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

