/ / “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib
27.09.2018 [09:30]
Sentyabrın 26-da “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə səhiyyə mütəxəssisləri, həkimlər, pilot layihənin həyata keçirildiyi rayonların və kütləvi-informasiya vasitələrinin 35 nümayəndəsi iştirak edib.
Təlimdə İcbari Tibbi Sığorta Agentliyi Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” və Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov “İcbarı tibbi sığorta sistemi, təminatlar və istisnalar zərfləri” mövzularında məruzə ediblər. Məruzəçilər qeyd ediblər ki, pilot layihənin həyata keçirildiyi müddətdə stasionara gəlişlərin sayı 28, cərrahiyyə əməliyyatlarının sayı 50 faiz artıb. 375 xəstə ürək-damar problemləri ilə əlaqədar əməliyyat olunub. Evə yazılan xəstələrin çarpayıda keçirdiyi gecələrin sayı 11,3-dən 5,3-ə enib. Bildirilib ki, icbari tibbi sığortanın tətbiqi zamanı ilkin səhiyyə xidməti sahəsində 18, təcili və təxirəsalınmaz tibbi yardım sahəsində 6, ambulator sahədə 480, stasionar sahədə 677, laborator sahədə 459, fizioterapiya sahəsində 23, həyati vacib dərəcədə yüksək olan sahədə 166 adda xidmət göstəriləcəyi nəzərdə tutulub.
Agentliyin Səhiyyə işinin təşkili departamentinin səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “İcbari tibbi sığorta çərçivəsində ailə həkimi institutunun inkişafının yeni mərhələsi”, tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadıq Mədətov “Pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin icbari tibbi sığorta sisteminə münasibəti”, Hüquq departamentinin rəhbəri Aysel İbayeva “Azərbaycanda icbari tibbi sığorta sisteminin yaradılmasına dəstək göstərilməsində Avropa Birliyinin Tvininq layihəsi və normativ tənzimlənmə sahəsində görülmüş işlər” mövzularında çıxış ediblər.
Yevlax rayon mərkəzi xəstəxanasının həkim-oftalmoloqu Güləndam İsgəndərova və Mingəçevir şəhər mərkəzi xəstəxanasının həkim-nefroloqu Allahverdi Alıyev məruzələrində 2016-cı ildən pilot layihə kimi hər iki rayonda tətbiq edilən icbari tibbi sığortanın üstünlükləri barədə məlumat veriblər. Onlar xidmətin səviyyəsinin yüksəldiyini göstərməklə bərabər belə bir faktı da xüsusi vurğulayıblar ki, pilot ərazilərdə əməkhaqqı fondu 1,6, həkimlərin maaşı 3 dəfə, orta tibb işçilərinin əməkhaqqı isə 60 faiz artıb.
Təlimdə Avropa İttifaqının “Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas “Avropa ölkələrində icbari tibbi sığorta sistemi” mövzusunda məruzəsində bu sahədə bir sıra Avropa ölkələri ilə respublikamız arasında müqayisəli təhlillər aparıb, mətbuat işçilərinin ictimaiyyəti məlumatlandırmaq sahəsində qarşısında duran vəzifələrdən danışıb.
Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda məqalə, “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir” mövzularında sosial videoçarx müsabiqələrinin şərtləri barədə məlumat verib.
Ailə həkimi və icbari tibbi sığortanın üstünlüklərini nümayiş etdirən videoçarxlar nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Təlimin sonunda tədbirdə iştirak edən kütləvi-informasiya vasitələrinin nümayəndələrinə sertifikatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26

