Şamaxının Göylər kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
22.09.2018 [10:08]
Sentyabrın 21-də Şamaxı rayonunun Göylər kəndində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə inşa edilən tibb məntəqəsi açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək tibb müəssisəsinin istifadəyə verilməsinin kənd həyatı üçün önəmli hadisə olduğunu vurğulayıb. İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda həyata keçirilən sosial layihələrdən danışıb.
Bildirilib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu günədək rayonda təhsil, səhiyyə və digər sahələr üzrə müxtəlif layihələr reallaşdırılıb. Göylər kəndində istifadəyə verilən tibb məntəqəsi də növbəti uğurlu layihələrdəndir. Yeni səhiyyə ocağı 15 min nəfərdən çox sakinə xidmət göstərəcək.
Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinə və qarşılıqlı etimada əsaslanan əlaqələrdən danışan səfir Teruyuki Katori “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində səhiyyə, təhsil, ekologiya, sosial, infrastruktur və digər sahələrdə çoxsaylı layihələrin reallaşdırıldığını, bu istiqamətdə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib. Səfir təkcə Şamaxıda 6 layihənin həyata keçirildiyini söyləyib. “Ümid edirəm ki, bu tibb ocağı uzun illər Göylər və qonşu kəndlərin sakinlərinə səhiyyə xidmətləri göstərəcək və insanlar layihədən faydalanacaqlar”, - deyən Teruyuki Katori “Regional İnkişaf” İctimai Birliyi tərəfindən işlərin nəzərdə tutulmuş müddətdən tez və keyfiyyətlə icrasından məmnun qaldığını bildirib.
“Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan kompleks tədbirlərin uğurla icrası nəticəsində insanların rifahının daha da yaxşılaşdığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb. Qeyd olunub ki, Göylər kəndində yeni tibb məntəqəsinin açılması da regionların sosial-iqtisadi inkişafına yönəlmiş layihələrdəndir.
Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri ilə yaxından əməkdaşlıq edərək, müxtəlif layihələr və tədbirlər həyata keçirir.
Kənd sakinləri həyata keçirilən layihələrin regionların inkişafı baxımından əhəmiyyətindən danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra qonaqlar tibb məntəqəsində yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, istifadəyə verilən tibb məntəqəsində stomatologiya, ginekologiya, terapiya və pediatriya şöbələri fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20

