Vanessa Sarçet: Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə güclü təsir bağışladı
18.09.2018 [09:56]
Azərbaycanın paytaxtında Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən təşkil edilmiş “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Konfransın iştirakçısı, ASCO nümayəndəsi Vanessa Sarçet AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib: “Biz MOM-un Uşaq Onkologiya Klinikasına, şüa terapiyası, reanimasiya və intensiv terapiya bölmələrinə baş çəkdik, xəstələrin müalicəsi üçün tətbiq edilən müasir avadanlıqla tanış olduq, müalicə proseslərini müşahidə etdik. Milli Onkologiya Mərkəzində yaradılmış şərait bizə həqiqətən güclü təsir bağışladı. Belə ki, Mərkəz ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub. Burada gördüklərimiz belə güman etməyə əsas verir ki, Azərbaycan hökuməti ölkədə səhiyyə sahəsinə sanballı sərmayə qoyur, zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi isə dünyanın aparıcı onkologiya mərkəzləri ilə müqayisə edilə bilər”.
Vanessa Sarçet daha sonra deyib: “Bizə verilən məlumata görə, Milli Onkologiya Mərkəzi son illərdə dünyanın aparıcı onkologiya mərkəzləri ilə, habelə onkoloji xəstələrin müalicəsi üçün zəruri olan ən yeni texnologiyalar istehsal edən şirkətlərlə sıx əməkdaşlıq edir. Məsələn, 2015-ci ilin noyabrında Azərbaycan MOM ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən MOM-un mütəxəssisləri Amerika Onkoloji Mərkəzindən olan həmkarları ilə birgə elmi araşdırmalar və klinik tədqiqatlar aparırlar. ASCO nümayəndələri MOM-da aparılan tədqiqatlarla tanış olaraq yəqin ediblər ki, burada çox mürəkkəb cərrahiyyə əməliyyatları, habelə ciddi elmi axtarışlar aparılır. ASCO nümayəndələri Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq haqqında müqavilə imzalamaq niyyətində olduqlarını bildiriblər”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23

