Xaçmazda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusu müzakirə olunub
30.08.2018 [09:15]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans avqustun 29-da işini panel formatında davam etdirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə məktəb direktorları, onların təlim-tərbiyə işləri üzrə müavinləri, ümumtəhsil məktəblərində çalışan psixoloqlar, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, rayonun aktiv gəncləri, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının gənc fəalları, həmçinin Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak ediblər.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov rayondakı dini durum haqqında məlumat verərək, dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə keçirilən tədbirləri yüksək qiymətləndirib.
“Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda geniş məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizmə qarşı mübarizə tədbirlərindən bəhs edib. Bu istiqamətdə əsas vasitənin maarifləndirmə metodu olduğunu qeyd edən sədr müavini gənclərin düzgün dini biliklərə yiyələnmələrinin vacibliyini diqqətə çatdırıb.
Dünyada baş verən münaqişələrin bir hissəsinin dini zəmində olduğunu bildirən G.İsmayılov dinin əsas mahiyyətini nəzərə almayaraq ondan öz maraqları naminə yararlanmaq kimi mənfi halların törətdiyi fəsadlara toxunub. Bildirilib ki, bəzən dini dəyərlərlə dünyəvi dəyərlər qarşılaşdırılır, dünyəvilik anlayışı ilə dini dəyərlərin ziddiyyət təşkil etməsi istiqamətində əsassız fikirlər səsləndirilir.
Xalqımızın çoxəsrlik tolerantlıq ənənəsinə malik olduğunu bildirən natiq Azərbaycanın dini radikalizmin ən az yayıldığı ölkələr sırasında olduğunu deyib. O, bunun əsas səbəblərindən birinin dövlətin apardığı düzgün din siyasəti olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

