Şəmkir sərhəd dəstəsində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
29.08.2018 [09:04]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə tədbirlər planına uyğun olaraq Şəmkir sərhəd dəstəsində “Hərbi vətənpərvərlik: silahlı qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda seminar keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminardan əvvəl iştirakçılar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bu cür seminarların keçirilməsində əsas məqsədin ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclər yetişdirmək, onları Vətənə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, eləcə də dini fanatizm, dini radikalizm və dini ekstremizm meyillərinə qarşı mübarizə aparmaq olduğunu bildirib.
Sədr müavini vətənpərvərliyin gücləndirilməsində milli mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu, DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, bütün hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirildiyini qeyd edib.
Tədbirdə yaradılmasının 100 illiyini bu yaxınlarda qeyd etdiyimiz, ən müasir silah və texnikaya malik olan Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən qabaqcıl ordularından birinə çevrildiyi, cari il iyunun 26-da Azadlıq meydanında yüksək təntənə ilə keçirilən möhtəşəm hərbi paradda respublikamızın hərbi qüdrətinin bütün dünyaya bir daha nümayiş olunduğu bildirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuzun işğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad etməyə hər an hazır olduğu qürurla vurğulanıb.
Çıxış edənlər Ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığını xüsusi qeyd ediblər.
Seminarda dini amillərdən istifadə edərək radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42

