/ / Vüqar Rəhimzadə: DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir
Vüqar Rəhimzadə: DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir
11.08.2018 [10:01]
Bu gün Azərbaycan iqtisadiyyatının güclənməsi, maliyyə imkanlarının artması sosial islahatların davam etdirilməsinə və daha da genişləndirilməsinə imkan verir. Möhtərəm Prezidentimiz hər zaman qeyd edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, insan amili dayanır. Görülən işlər, həyata keçirilən uğurlu islahatlar xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına, vətəndaşlarımız üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir. “Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, – deyən Prezident İlham Əliyev sosial islahatların bundan sonra da davam etdiriləcəyini xüsusi olaraq bəyan edir. Hesab edirəm, dünyanın bəlkə də çox az ölkəsi olar ki, insanlara bu qədər diqqət və qayğı ilə yanaşılır, sosial siyasət dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan da bu ölkələr sırasındadır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin - DOST Agentliyinin yaradılması həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələrindəndir: “DOST Agentliyinin yaradılmasında məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Fərmanda nəzərdə tutulduğu kimi, bu sahədəki xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək. Vətəndaşlara xidmət göstərən əməkdaşlar üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını və digər aidiyyəti bacarıqları inkişaf etdirən müxtəlif təlimlərin həyata keçirilməsi təmin ediləcək. Bu mənada sosial siyasət sahəsindəki islahatlar qanunvericilik bazasını daha da təkmilləşdirməklə yanaşı, vətəndaşlara daha çevik, şəffaf xidmətlərin göstərilməsinə hesablanıb”.
Xəbər lenti
Hamısına baxSiyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15

