/ / Selcan Məmmədli: İkinci dəfə də qəbul imtahanında iştirak etdim və qarşıma qoyduğum məqsədə çatdım
Selcan Məmmədli: İkinci dəfə də qəbul imtahanında iştirak etdim və qarşıma qoyduğum məqsədə çatdım
08.08.2018 [09:07]
Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) və ikinci (yay) qəbul imtahanları başa çatıb. Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan, yəni maksimum nəticə göstərən abituriyentlərdən biri də Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Selcan Məmmədlidir. DİM tərəfindən keçirilmiş birinci imtahanda 676 bal toplamış Selcan Məmmədli iyulun 26-da təşkil edilmiş ikinci imtahanda ən yüksək nəticə göstərib. Bu göstərici ilə Selcan Məmmədli həm bu il ali məktəblər üçün keçirilmiş qəbul imtahanlarında iştirak etmiş 70 min tələbə içərisində maksimum nəticə göstərən 29 abituriyentdən biri olmağı bacarıb, həm də Gəncə şəhərindən 700 bal toplayan yeganə abituriyent olub. Öz ailəsinə, doğulub boya-başa çatdığı şəhərə böyük sevinc bəxş etdiyinə görə Selcan Məmmədli xoşbəxt olduğunu və qürur hissi keçirdiyini deyir: “İlk gündən sinif yoldaşlarımız arasında sağlam rəqabət vardı. Birinci imtahanda onlar məndən daha yüksək nəticə göstərmişdilər. Mən isə 676 bal toplamışdım. Lakin bu, mənim üçün qaneedici deyildi. Bu rəqabət mənə, sanki, bir stimul oldu. Ona görə ikinci dəfə də qəbul imtahanında iştirak etdim və qarşıma qoyduğum məqsədə çatdım. İndi ən böyük arzum ADA Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almaqdır. ADA Universitetində təhsil mükəmməldir. Ona görə mən də mükəmməl olanı seçirəm. Gələcək illərdə ali məktəbə daxil olmaq istəyən gənclərə isə tövsiyəm budur ki, məqsədli olsunlar və öz aralarında daim sağlam rəqabət aparsınlar”.
Selcan bütün uğurlarına görə ona mənəvi dəstək olan valideynlərinə və elmin, təhsilin sirlərini öyrədən müəllimlərinə minnətdarlığını bildirir.
Məlumat üçün bildirək ki, Selcanın atası Mahil Məmmədov Aqrar Universitetin dosentidir. Onun sözlərinə görə, övladlarının ilk uğurları hələ çox kiçik yaşlarından, bağça illərindən başlayıb. İngilis dili təmayüllü bağçaya gedən Selcan erkən yaşlarından xarici dildə sərbəst danışmağı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Sonrakı illərdə də elmə, təhsilə həvəsli olan Selcan orta məktəbi əla qiymətlərlə oxuyub. Qızlarının təhsilə marağını hiss edən valideynlər övladlarının yaxşı təhsil alması üçün ona həmişə mənəvi dəstək olublar.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

