“Azərxalça”nın İsmayıllı filialının kollektivi mükafatlandırılıb
03.08.2018 [09:06]
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyət göstərən 10 filialı arasında seçilən, əmək funksiyalarını və qarşıya qoyulan vəzifələri peşəkarlıqla yerinə yetirən, istehsalatda yüksək göstəricilər əldə edən İsmayıllı filialının işçiləri mükafatlandırılıb.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 2-də Cəmiyyətin İsmayıllı filialında bu münasibətlə tədbir keçirilib. Tədbirdə çıxış edən Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov deyib ki, keçmişlə bu günümüz arasında körpü rolunu oynayan, min illərdir öz əhəmiyyətini itirməyən xalçaçılıq sənəti müxtəlif mədəniyyətlərin təsirinə baxmayaraq, xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxlayıb. Xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir, xalçaçılığın geniş şəbəkəsi yaradılır. Ölkə rəhbərinin tapşırığı ilə ilkin mərhələdə “Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, İsmayıllı, Qəbələ, Xaçmaz və Quba rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, “Azərxalça”nın xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil edilib, işçi potensialının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2016-cı il noyabrın 12-də Cəmiyyətin Füzuli, 2017-ci il avqustun 20-də Şəmkir, dekabrın 7-də Quba, bu il mayın 4-də isə Xaçmaz filiallarının açılışı olub.
Diqqətə çatdırılıb ki, dövlət başçısının sərəncamları ilə hazırda ölkəmizin müxtəlif şəhər və rayonlarında daha 10 xalça emalatxanasının tikintisi davam etdirilir. Prezidentin tapşırığı ilə 2019-cu ildə də 10 xalça emalatxanasının yaradılması nəzərdə tutulub. Bununla da, “Azərxalça”nın filiallarının sayı 30-a, toxucularının sayı 4500 nəfərə çatdırılacaq.
Vidadi Muradov bildirib ki, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan mühüm vəzifələrdən biri də xalça istehsalı üçün lazım olan xammalın yerli xammal olmasıdır. Ona görə də Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça”nın Yun-əyirici Boyaq Fabriki inşa olunur. Fabrikin xammalla təmin olunması üçün Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında Regional yun və boyaq bitkilərinin tədarükü mərkəzləri yaradılır.
“Cəmiyyətin filiallarında indiyədək 3 min kvadratmetrdən çox 1000-ə yaxın xalça toxunub. “Azərxalça”nın 10 xalça emalatxanasının fəaliyyəti yerinə yetirilən işin kəmiyyəti və keyfiyyəti baxımından araşdırılıb. Apardığımız təhlillər göstərdi ki, İsmayıllıdakı xalça emalatxanasının işçiləri daha çox və keyfiyyətli xalçalar toxuyublar”, - deyən İdarə Heyətinin sədri vurğulayıb ki, ona görə də bu filialın kollektivi mükafatlandırılıb. Filialın işçilərinə həm pul mükafatı verilib, həm də onlar Fəxri fərmanla təltif olunublar.
Mükafatlandırma sağlam rəqabətə səbəb olur, toxucuları daha yaxşı xalça toxumağa sövq edir. Odur ki, belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir. “Azərxalça”nın İsmayıllı filialının kollektivi mükafatlandırılarkən təkcə keyfiyyətli xalça toxunması deyil, işçilərin nizam-intizamı, ictimai həyatdakı fəallığı kimi meyarlar da nəzərə alınıb.
Qeyd olunub ki, İsmayıllı filialında Şirvan qrupuna aid xalçalar toxunur. Qədim dövlətçilik ənənələrinin təşəkkül tapdığı Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Bu xalçalar dünya alimlərinin, səyyahların diqqətini cəlb edib, tarixi mənbələrdə, səyahətnamələrdə dəfələrlə yüksək sənət nümunələri kimi qeyd olunub. Bu gün dünyanın əksər nüfuzlu muzeylərində qiymətli Şirvan xalçaları saxlanılır. Peşəkar toxucular öz yaradıcılıq məharətlərini al-əlvan xalçalar üzərində həndəsi, nəbati, zoomorf ornamentlər vasitəsilə reallaşdırıblar. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. Sevindirici haldır ki, İsmayıllıda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirirlər, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verirlər.
Vidadi Muradov filialın kollektivini təbrik edib, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.
Toxucu Nəcibə Pənahova çıxış edərək onlar üçün yaradılan şəraitə, əməklərinə verilən yüksək qiymətə görə kollektiv adından minnətdarlığını bildirib.
Təltif olunanlara “Azərxalça”nın Fəxri fərmanı təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib, hazır xalça kəsilib. Xalçanı Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradov, filialın direktoru Zenfira Ələsgərova və onu ərsəyə gətirən toxucular kəsiblər.
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

