/ / Sadiq Cəfərov: Müəyyən dairələrin dövlət-din münasibətlərinə zərbə vurmaq cəhdləri heç bir nəticə verməyəcək
Sadiq Cəfərov: Müəyyən dairələrin dövlət-din münasibətlərinə zərbə vurmaq cəhdləri heç bir nəticə verməyəcək
02.08.2018 [08:39]
“Müəyyən dairələrin öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək kimi fəaliyyətləri bütün dünya üçün təhlükəlidir. Bütün dinlər, xüsusilə İslam insanları daim sülhə, ədalətə, haqqa çağırır”. Bu fikri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Tərtər rayon dini icmasının rəhbəri, rayonun cümə məscidinin imamı Sadiq Cəfərov deyib.
S.Cəfərov bildirib ki, bəzi şəxslər din pərdəsi altında müəyyən qrupların əlində alətə çevriliblər. Onun sözlərinə görə, dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə hər birimiz üçün böyük önəm kəsb edir.
“Bizə məlumdur ki, din pərdəsi altında gizlənmiş bəzi radikallar sosial şəbəkələrdə insanları yanlış yola səsləyir, özlərini “din qəhrəmanları” kimi göstərməyə çalışırlar. Əslində, onlar Azərbaycanın inkişafını istəməyən, sabitliyimizi gözü götürməyən qüvvələrin əlində alətdirlər. Onlar qəlbən kor insanlardır. Çünki ölkəmizdəki inkişafı, firavanlığı, dövlətin bütün dinlərin nümayəndələrinə qayğısını, o cümlədən İslam dəyərlərinə verdiyi önəmi görmək istəmirlər. Biz Tərtər rayonunun dini icması olaraq belə halları qətiyyətlə pisləyirik və dövlətin, dövlətçiliyin yanındayıq. Və insanlar arasında təbliğat aparırıq ki, belə şayiələrə uymasınlar. Biz dövlətin dinimizə, dindarlara qayğısını Tərtər rayonunun timsalında da görürük. 2015-ci ildə Tərtər rayonu cümə məscidi yüksək səviyyədə insanların ixtiyarına verildi və inanclı insanlar hər gün burada sərbəst şəkildə ibadətlərini edirlər. Məscid pulsuz olaraq qazla, eləcə də internetlə təmin olunub. Həmçinin rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrələrini təşkil etmək üçün məscidin həyətində çadırlar qurulur. Yəni bütün bunlar dövlətimizin, şəxsən Prezidentimizin qayğısının göstəricisidir. Ona görə də müəyyən dairələrin bu uğurlara, dövlət-din münasibətlərinə zərbə vurmaq cəhdləri heç zaman baş tutmayacaq”, - deyə dini icmanın rəhbəri vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16

