İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçiləri üçün yeni imkan yaradıb
07.07.2018 [09:31]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərdəki tibb müəssisələrində çalışan həkimlərin Britaniya Tibb Jurnalının “BMJ Best Practice” və “BMJ Learning” adlı onlayn resurslarından ödənişsiz istifadəsini təmin edib. Bu onlayn resurslar həkimlərə peşəkarlıq səviyyələrini, kliniki bacarıqlarını, biliklərini və səhiyyə sahəsindəki yeniliklərlə bağlı məlumatlılığını artırmağa, sübutlara əsaslanmış məlumatlar əsasında araşdırmalar aparmağa kömək edir. Sözügedən resurslar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsilin inkişaf etdirilməsi məqsədilə akkreditasiya olunub. Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
“BMJ Best Practice” həkimlərə diaqnostika və müalicə ilə bağlı qərarların verilməsində ən son məlumatları asanlıqla əldə etməyi təmin edən onlayn informasiya mənbəyidir. “BMJ Best Practice” istifadəçilərə müxtəlif xəstəliklərin diaqnostikası, proqnozu, müalicəsi və profilaktikası sahəsində sübutlu təbabətin prinsiplərinə əsaslanan araşdırmalar, təlimatlar və ekspert rəyi əsasında gündəlik olaraq yenilənən addımbaaddım təlimatlar təklif edir.
“BMJ Learning” onlayn təlim platforması həkimlərə öz biliklərini yoxlamaq və tibb sahəsindəki son yeniliklərdən xəbərdar olmaq imkanı yaradır. O, 70 ixtisas sahəsi üzrə sübutlara əsaslanan və 1000-ə yaxın resenziya olunmuş distant tibbi təlim kurslarını əhatə edir. Bu resurslarda, həmçinin rezidentlər, xəstəxana və ilkin səhiyyə xidməti həkimləri, tibb təşkilatları, tədqiqatçılar və tibb alimləri üçün nəzərdə tutulan nəşrlər mövcuddur. “BMJ” onlayn jurnalında müxtəlif yoluxucu və qeyri-yoluxucu xəstəliklərin müalicə və diaqnostikası haqqında Azərbaycan, ingilis və rus dillərində daim yenilənən məlumatlar yerləşdirilib. Jurnalda 454 mövzu isə Azərbaycan dilinə tərcümə olunub.
Onu da qeyd edək ki, agentliyin “BMJ”nin Azərbaycan nümayəndəliyinin onlayn resurslardan istifadə qaydaları” ilə bağlı pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) təşkil etdiyi təlimlərdə 108 həkim iştirak edib. Təlimlərdə “BMJ”nin onlayn resursunda qeydiyyatdan keçmək üçün hər pilot bölgədən BMJ nümayəndəsi seçilib və həmin şəxsə resursa giriş kodu və parolu təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17

