/ / Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
23.06.2018 [09:17]
Alim, həmçinin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görülüb
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı laureatı İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və həmin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görülüb.
İradə Hüseynova görkəmli dövlət xadimi və siyasi xadim, Ümummilli lider Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti - Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin Ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.
Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin - Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Qeydar Aliev - ot politiçeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “İstoriçeskaə gnüiklopediə Kavkaza” (Bakı, 2010) adlı ensiklopedik nəşrin müəllifidir.
Eyni zamanda, Qafqaz xalqlarının tarixinə dair ümumi kurs proqramlarının (Bakı 1998; Bakı 2014), dərs vəsaitinin (Bakı 1999), magistr hazırlığı üçün “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Azərbaycan, rus və ingilis dillərində, Bakı, 2003), “Qafqazşünaslığa giriş” (Bakı 2014), “Qafqazın siyasi sistemi” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqazın xarici siyasəti” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqaz və Yaxın Şərqin ərəb ölkələri” (Azərbaycan və rus dillərində, Bakı, 2016), “Qafqaz tarixinin aktual problemləri” (Bakı, 2017), “İlham Əliyev və müasir dövrdə Qafqazda əməkdaşlığın inkişafı” (Bakı, 2017) adlı tədris proqramlarının tərtibçisidir.
Professor İradə Hüseynovanın uzun illər zəhmətinin bəhrəsi, qiymətli mənbə olan Qafqaz xalqlarının sosial, iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin adət-ənənələrini, fəlsəfi baxışlarını, məişətini, milli mənəvi dəyərlərini kompleks və sistemli şəkildə ən qədim zamandan müasir dövrə qədər hərtərəfli əks etdirən “Qafqaz xalqlarının tarixi” adlı 1248 səhifəlik (78 çap vərəqi) fundamental dərsliyi 2018-ci ildə nəfis şəkildə çap edilib.
Xəbər lenti
Hamısına baxElm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20

