Azərbaycanda dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır
01.06.2018 [08:58]
Azərbaycanın dövlət-din modeli tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, dinamik inkişafın başlıca səbəblərindəndir. İndi müstəqil Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mayın 31-də Balakən şəhərində keçirilən “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfransda səsləndirilib.
Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin rəhbər şəxslərinin, yerli hüquq mühafizə orqanlarının rəhbərlərinin, dini icma sədrlərinin, din xadimlərinin, ilahiyyatçıların, fəal gənclərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib. Bildirilib ki, Balakən rayonu Azərbaycanda müxtəlif xalqların, icmaların birgə yaşadığı ən nümunəvi bölgələrdən biridir. Ölkənin hər yerində yaşanan dinamik inkişaf Balakən rayonunun simasında da aydın müşahidə olunur. Rayonda 20-dən çox millətin nümayəndəsi yaşayır. Hazırda Balakən rayonunda 28 məscidin fəaliyyət göstərdiyini vurğulayan İ.Rzayev rayon ərazisində 13 dini icmanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındığını deyib. O, dini icmalarla qarşılıqlı münasibətlərin formalaşması nəticəsində rayonda dini durumun sabit olduğunu, dini etiqad azadlığının təmin olunması, milli mənəvi dəyərlərin qorunub saxlanması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı konfransda çıxış edərək ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafının, eləcə də multikultural dəyərlərin təbliğinin Azərbaycan dövlətinin əsas siyasi prioritetlərindən olduğunu vurğulayıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlət-din münasibətləri, ayrı-ayrı etnoslar arasında əlaqələr, hər bir xalqın mədəni-mənəvi dəyərlərinin öyrənilməsi və təbliği yeni keyfiyyət mərhələsinə qaldırılıb.
Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunması üçün mühüm xidmətlər göstərdiyini deyən Komitə sədri, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, ölkəmizdə tolerantlıq və multikulturalizmin təbliğinə bu qədər önəm verilməsi təsadüfi deyildir. Əslində, qarşıya daha qlobal, ölkə miqyasını aşan məqsədlər qoyulub. Dövlətimizin başçısı 2016-cı ili “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməklə həm multikulturalizmi dəyərsizləşdirən Qərb dünyasına, həm də nifaq və ixtilaf yaşayan İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və fanatizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verib.
Bu gün ölkədə həyata keçirilən dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas və fərqləndirici xüsusiyyətinin dindarlara və onların dini hisslərinə hörmət, tolerant və multikultural dəyərlərin qorunması olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin bu dəyərlərin təşviqinə verdiyi önəmdən bəhs edib. Bildirib ki, Azərbaycanda məscidlərin, kilsələrin, sinaqoqların inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayrılır. Ötən ilin oktyabrında Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi haqqında Prezident İlham Əliyevin Fərman imzaladığını xatırladan Mübariz Qurbanlı Fondun insanlar arasında tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə, bugünkü və gələcək nəslin öz tarixi keçmişindən uzaqlaşmamasına xidmət etdiyini söyləyib.
2018-ci ilin Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyət İli” elan edilməsinin önəmini xüsusi vurğulayan Komitə sədri bu mühüm addımın, eyni zamanda, Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olduğunu vurğulayıb. “Bugünkü nümunəvi dövlət-din modelimiz tariximizə, ənənələrimizə əsaslanır. Sovetlər dövründə dinə qarşı təzyiqlər edilsə də, xalqımız dini-mənəvi dəyərlərə sadiqliyini qoruyub saxlaya bilib”, - deyə Mübariz Qurbanlı bildirib.
Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Balakən rayonu üzrə nümayəndəsi İbrahim İbrahimov ölkəmizdə din xadimlərinin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını, dövlət tərəfindən dini sahəyə xüsusi diqqət və qayğı göstərildiyini, mütəmadi olaraq maliyyə vəsaitinin ayrıldığını deyib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

