/ / Azərbaycan Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə miqrasiyanın idarəçiliyi sahəsində əməkdaşlığı dərinləşdirir
Azərbaycan Dövlət Miqrasiya Xidməti Beynəlxalq Miqrasiya Təşkilatı ilə miqrasiyanın idarəçiliyi sahəsində əməkdaşlığı dərinləşdirir
30.05.2018 [09:44]
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoş ilə görüşüb. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da görüşdə iştirak edib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulan BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.
Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib. V.Hüseynov DMX üçün əsas prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.
İcra olunan layihələrin əhəmiyyətinə toxunan Xidmət rəisi Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı ümumilikdə 12 sorğu göndərildiyini və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışının artıq həyata keçirildiyini deyib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Argentina Sabadoş təmsil etdiyi təşkilatın 22 ildir Azərbaycanda fəaliyyət göstərdiyinə və 2001-ci ildən Azərbaycanın üzvü olduğu BMqT ilə birgə reallaşdırılan layihələr və onların əhəmiyyətinə diqqət çəkib. 2016-cı ildə ölkəmizə səfərini xatırladan A.Sabadoş Azərbaycanda mövcud miqrasiya idarəçiliyi modelinin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

