Millət vəkili: Quba məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutudur
30.03.2018 [10:16]
UNEC-də azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunan “31 mart soyqırımı: insanlıq əleyhinə yönəldilmiş qəddar cinayət” mövzusunda elmi-praktiki konfrans keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov erməni millətçilərinin əsrlər boyu “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirdiklərini bildirib. Tarixi mənbələrdə ermənilərin qul olduğunu təsdiqləyən sənədlərin mövcudluğunu diqqətə çatdıran rektor onların xarici havadarların köməyi ilə əzəli torpaqlarımızın işğalını öz məqsədlərinə çevirdiklərini vurğulayıb. O, Azərbaycan torpaqlarında törədilmiş erməni soyqırımlarına qarşı xalqımızın birgə mübarizə aparmasının vacibliyindən danışıb.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində dünya dövlətləri və beynəlxalq təşkilatların ölkəmizin haqq işini müdafiə etdiyini, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə 155 ölkənin səs verdiyini xüsusi vurğulayan rektor bununla həmin ölkələrin dövlətimizə və onun siyasətinə öz dəstəyini nümayiş etdirdiklərini qeyd edib.
Millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı 31 mart soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandıraraq, bu soyqırımının törədilməsi səbəblərini açıqlayıb, ağır nəticələrindən danışıb. Ötən 20 il ərzində aparılan araşdırmalar sayəsində çox sayda yeni fakt və sənədlərin toplandığını diqqətə çatdıran M.Qasımlı Quba şəhərində aşkarlanan kütləvi məzarlığı azərbaycanlıların soyqırımının əyani sübutu kimi səciyyələndirib. Millət vəkili bildirib ki, tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu təsdiqləyib. O, yalnız 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildiyini və 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini diqqətə çatdırıb.
UNEC-in “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov mart soyqırımının tarixi kökləri, xarakteri və miqyası haqqında danışıb, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolunu vurğulayıb.
Tədbirdə 1918-ci ilin Mart soyqırımını əks etdirən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

