Artıq məntəqə seçki komissiyaları səsverməni keçirməyə tam hazırdır
24.03.2018 [10:06]
Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Buna müvafiq olaraq da seçkilərə məsul olan dövlət orqanı Mərkəzi Seçki Komissiyası (MSK) ilk gündən fəaliyyətə başlayıb. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq səsvermənin təşkil edilməsindən ötrü lazım olan bütün tədbirlər bu günə kimi həyata keçirilib: “Təbii ki, bundan sonra da MSK-nın “Tədbirlər Planı”na və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq qarşıda duran bütün tədbirlər həyata keçiriləcək. Dairə seçki komissiyaları (DSK) və məntəqə seçki komissiyaları elan olunan gündən fəaliyyətə başlayıb. Bu il prezident seçkiləri ilə bağlı seçici siyahılarının vaxtından əvvəl təsdiq olunması, seçici siyahıları ilə bağlı olan işlər və digərləri həm DSK, həm də məntəqə seçki komissiyalarının birgə fəaliyyətini tələb edirdi. Bu işlə əlaqədar olaraq müvafiq dövlət qurumlarının da fəaliyyətini qeyd etmək lazımdır. Ümumilikdə onu demək istərdim ki, bu gün artıq məntəqə seçki komissiyaları səsverməni keçirməyə tam hazırdır”.
“Artıq qanunvericiliyin tələbinə müvafiq olaraq gözlənilən müddətlər ərzində bülletenlərin, protokolların çap edilməsi və dairələrə, məntəqələrə çatdırılması kimi proseslər gedir. Onu da qeyd etmək istərdim ki, MSK-nın qərarına əsasən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılır. Artıq səsvermə günü Azərbaycan təcrübəsi kimi qəbul edilən veb-kameralar vasitəsilə onlayn (online) sistemində səsvermə prosesini izləmək mümkündür. Bundan irəli gələrək demək istəyirəm ki, veb-kameralarla bağlı işlər sona çatmaq üzrədir. Texniki-təchizat məsələsi bu seçkilərlə bağlı olaraq yüksək səviyyədə təşkil olunub və dairə, məntəqə seçki komissiyaları lazımi bütün texniki vasitələrlə təmin edilir”, - deyə İ. Məmmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

