“Nar” “İlin mobil operatoru” mükafatına layiq görülüb
23.02.2018 [10:03]
“Nar” 21 fevral 2018-ci il tarixində “Navigator Business Awards” tərəfindən “İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görülüb. Təşkilatçılar “Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirib.
“İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.
Mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində “Nar” operatorunun hər bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb.
“Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla “Nar” sərfəli qiymətə keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə təkliflər irəli sürdük. Nəticə etibarilə, “Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir. Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə cənab Panke qeyd edib.
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırıb, bölgələrdə LTE şəbəkəsini yaradıb, “HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə “Nar” şəbəkəsi “P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində ölkədə “mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

