Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İsmayıllı rayonunda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib

İsmayıllı rayonunda “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi keçirilib

09.12.2017 [00:48]

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq İsmayıllı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatı rayonun Hacıhətəmli kəndində “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsini keçirib. “Heydər Əliyev Azərbaycanın xilaskarı, dövlətçiliyinin təminatçısıdır” mövzusunda keçirilən tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Tədbirdə geniş məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev siyasi məktəbi olduqca zəngindir. Bu məktəbin siyasi-ideoloji-iqtisadi konsepsiyaları öyrənilməli, araşdırılmalı və bu günümüz, gələcəyimiz naminə ən yüksək səviyyədə icra olunmalıdır. M.Sadıqov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasi kursu uğurla davam və inkişaf etdirməsi Azərbaycanda siyasi-iqtisadi sabitliyi, inkişafı təmin etməklə yanaşı, beynəlxalq arenada da ölkəmizin nüfuzunun daha da artmasına şərait yaradıb.
Tədbirdə mövzu ətrafında çıxışlar edilib, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.
PƏRVİZ

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31