/ / Qəbələdə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib
Qəbələdə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib
02.12.2017 [01:21]
Gənclər və İdman Nazirliyinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qəbələdə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Qafqaz Resort” otelinin konfrans zalında təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib.
Konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, milli mənəvi dəyərlərimizin qorunması və inkişafının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Bu gün nümunəvi təhsil almağın, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin, yüksək intellektə malik modern və əsl vətəndaş kimi formalaşmağın müasir gəncliyin qarşısında duran əsas hədəflərdən olduğunu diqqətə çatdıran S.Abdullayev qeyd edib ki, Ulu öndər ölkəmizdə dövlət quruculuğu sahəsində gənclərin rolunun artırılması istiqamətində bir çox fərman və sərəncamlar imzalayıb, 1999-cu ildə isə “Gənclər siyasəti haqqında” Proqramı təsdiqləyib. Dahi rəhbərin gənclər sahəsində yürütdüyü siyasət bu gün də uğurla davam etdirilir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə qloballaşma hərəkatının, mədəni inteqrasiya və öz soykökünə qayıdış prosesinin önündə gedən gənc nəslin tarixin süzgəcindən keçən milli adətlərimizi və mənəvi dəyərlərimizi yaşatdığını, inkişaf etdirdiyini bildirib. İntiqam Babayev Azərbaycan Respublikasının müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanmasının xüsusilə aktuallıq kəsb etdiyini, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesinin dövlətçilik ənənələri ilə yanaşı, zəngin milli mənəvi irsi, ali dəyərləri ilə də müəyyən olunduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında Ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan multikulturalizm və tolerantlığın, əslində, Azərbaycan xalqının həyat tərzi olduğunu söyləyib. O, bu mənəvi dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin apardığı müdrik siyasət sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndiyini vurğulayıb.
Konfransda Qəbələ “Cümə Məscidi”nin imamı Saleh Şirinov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev mövzu ətrafında çıxış ediblər.
Sonda suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə həsr olunmuş “Şəhadət” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

