Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyib

30.11.2017 [10:20]

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Neftçalada vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda komitə sədri Mübariz Qurbanlı Neftçala, Şirvan, Hacıqabul, Salyan və Biləsuvar rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
Vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərin təmiri, Quran kurslarının təşkil edilməsi, məscidlərin dini təyinatlı kitablarla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

Elm

Silahdan daha güclü

09 Sentyabr 08:31  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30