Mərakeş Krallığının Azərbaycandakı səfiri UNEC-də
12.10.2017 [10:09]
Azərbaycan Respublikası Prezidentinin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi və bu çərçivədə görülən işlərin tərkib hissəsi olaraq UNEC-də İslam ölkələri səfirləri ilə görüşlər davam edir.
UNEC-in budəfəki qonağı Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarx olub.
UNEC tələbələri ilə görüşdə Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin digər ölkələr üçün də nümunə olduğunu qeyd edib. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını müsəlman aləmini bir araya gətirən böyük mədəni tədbir, ictimai hadisə kimi qiymətləndirib.
Səfir Mohamed Adil Embarx Azərbaycandakı tolerantlıq və stabilliyin digər ölkələrə nümunə ola biləcəyini qeyd edib. Tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından iki ölkənin xalqları arasında paralellər olduğunu bildirən səfir ölkələrarası əməkdaşlığın perspektivlərindən danışıb. Mərakeşin coğrafiyası, zəngin tarixi və təbiəti, iqtisadiyyatı, təhsil imkanları haqqında söz açan diplomat, eyni zamanda, təhsil imkanları haqqında da məlumat verib. Turizm baxımından yüksək göstəricilərə malik Mərakeşin zəngin ənənələri və mətbəxi tələbələr tərəfindən maraqla qarşılanıb.
Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat UNEC tələbələrinin Mərakeşin ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.
UNEC rektoru, professor Ədalət Muradovla görüşdə rektor İslam həmrəyliyinin dünyada tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, İslam dəyərlərinin dünyada təbliğində böyük töhfə olmasını və nümunəvi rol oynadığını bildirib.
Mohamed Adil Embarx UNEC-in zəngin infrastrukturunun olduğunu qeyd edib. Beynəlxalq arenada gündən-günə nüfuzu artan UNEC-in təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirən səfir onlarla tanışlıqdan məmnun olduğunu və Mərakeş ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında yardımçı olacağını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

