/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1106 nəfər şəxs daimi dövlət təminatında yaşayır
19.08.2017 [09:35]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda 1106 nəfər şəxs daimi dövlət təminatında yaşamaqla, stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin insanlardan 776 nəfəri 18 yaşdan yuxarı şəxslərdir. Onlardan 230 nəfər tənha ahıl və əlilliyi olan vətəndaş Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatda, qalanları isə ruhi-əsəb əlilləri olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində yaşayırlar. Nazirliyin Bakının Şağan qəsəbəsindəki 1 saylı və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində isə 330 nəfər uşaq stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılmaqla, onlarda təminat səviyyəsi daha da yaxşılaşdırılıb. Eyni zamanda Müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, Pansionat üçün yeni korpus inşa olunaraq istifadəyə verilib. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində uşaqların yaşayışı, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nümunəvi şərait yaradılıb.
Qeyd olunanlarla bərabər, sosial xidmət müəssisələrindəki şəxslərin doğma ailə mühitinə qayıtmaları üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Bu sahədə aparılan işlər nəticəsində cari ilin ötən dövründə həmin müəssisələrdən 31 nəfər şəxs doğma ailələrinə qayıdıb. Onlardan 18 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

