Bakı Ali Neft Məktəbi növbəti ISO beynəlxalq sertifikatına sahib olub
21.06.2017 [09:33]
Bakı Ali Neft Məktəbi (BANM) növbəti beynəlxalq standartı olan - ISO 10002 “Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər” sertifikatına sahib olub. Bu sertifikat Türk Standartları İnstitutunun auditorlarının apardığı beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirlərinin nəticəsində verilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, sertifikatların təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov və Türk Standartları İnstitutunun ölkəmizdəki təmsilçisi Səlim Çələbi iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, sertifikat keyfiyyətli idarəetmə sisteminin ali məktəbin öz fəaliyyətində tətbiqinin, aparılan işin yüksək səviyyədə təşkilinin göstəricisidir.
“Bu kimi sertifikatlar BANM-in müəllimlərinə, tədqiqatçılarına beynəlxalq layihələrdə iştirak etmək imkanı verəcək”, - deyə E.Qasımov bildirib.
Səlim Çələbi BANM-in kollektivini bu nailiyyət münasibətilə təbrik edib. O, BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayıb və təmsil etdiyi qurumla bu ali məktəb arasında olan əməkdaşlığın inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Erkan Özoral BANM-in fəaliyyətinin beynəlxalq sahədə yüksək səviyyədə olmasını vurğulayaraq gələcəkdə bu amilin ali məktəbi dünyanın ən qabaqcıl universitetlərindən birinə çevirəcəyini qeyd edib.
Fuad Süleymanov BANM-də aparılan işləri yüksək qiymətləndirib və görülən işlərin ölkənin beynəlxalq standartlara uyğun yüksək ixtisaslı kadrlara olan tələbatını ödəyəcəyinə əminlik ifadə edib.
Sonda Bakı Ali Neft Məktəbinə beynəlxalq standartlar üzrə uyğunluq sertifikatı təqdim edilib.
Qeyd edək ki, ISO 10002 beynəlxalq standart bütün növ kommersiya və ya qeyri-kommersiya fəaliyyətləri, o cümlədən elektron kommersiya fəaliyyətləri üçün şikayətlərin effektiv və səmərəli şəkildə idarə olunmasının planlaşdırılması və həyata keçirilməsi üzrə göstərişləri müəyyən edir.
Xatırladaq ki, BANM ilk ali təhsil müəssisəsidir ki, 2014-cü ildən ISO-nun üç istiqaməti - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikatlara sahib olub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

