İslam ölkələri arasında birlik, həmrəylik dünyada sülhə böyük töhfə verə bilər
24.05.2017 [10:04]
Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına bir mesaj, İslam ölkələri arasında əməkdaşlığın mökhəmləndirilməsinə çağırışdır.
AZƏRTAC xəbər verir ki, bu fikir mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə dini işlər üzrə komissiyanın üzvləri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfü Qasımov tədbiri açaraq, rayonda dini durumun sabit olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıb. Qeyd edib ki, “Multikulturalizm İli”nin məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi müasir dövrdə tolerantlıq prinsiplərinə sadiqliyin bariz nümunəsidir.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin dini radikalizmə qarşı maarifləndirmə işlərinin aparılmasından, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.
Bildirilib ki, müasir dünyada din amilindən başqa məqsədlər üçün də istifadə olunur. Dinin siyasiləşdirilməsi müxtəlif ölkələrdə, xüsusən də İslam ölkələrində ağır nəticələrə, qarşıdurmalara gətirib çıxarır.
Komitə sədri İslam ölkələri arasında həmrəyliyin, birliyin yüksək səviyyədə olmadığını təəssüflə qeyd edərək, başqa dövlətlərin, böyük güclərin bundan istifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, müsəlman ölkələri arasında birliyə, həmrəyliyə böyük ehtiyac var. İslam dünyasında birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə verə bilər. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və yerli icra hakimiyyətləri ilə birgə İslam həmrəyliyinin təbliğ edilməsi istiqamətində işləri davam etdirir. Yerli icmalara layihələr verilir, kitablar nəşr edilir. “Çalışırıq ki, İslamın əsl mahiyyətini insanlara çatdıraq, gənclərimizin İslama zidd olan müxtəlif qruplara qoşulmasının qarşısını alaq. Gəncliyimizi xətalardan qoruyaq. Bunun üçün isə geniş təbliğat aparılmasına ehtiyac var. Bu işdə, ilk növbədə, ziyalıların, din xadimlərinin üzərinə məsuliyyət düşür”, - deyə komitə sədri bildirib.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri qeyd edib ki, əgər sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda 2 mindən çox ibadət məkanı fəaliyyət göstərir.
Komitə sədri, eyni zamanda, ermənilərin ölkəmizin tarixi dini abidələri və məscidlərinə vurduğu ziyanlar barədə də danışıb. Qeyd edib ki, aprel hadisələri zamanı Ağdamın Əhmədağalı kəndində yerləşən məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib.
Rayon Cümə məscidinin axundu hacı Barat Bağırov, Seyid Lazım Ağa ocağının axundu Mir Yusif Ağa və başqaları çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyaya bir mesaj olduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09

