/ / “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda konfrans: Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması
“Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda konfrans: Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması
06.05.2017 [12:20]
Xəbər verdiyimiz kimi, mayın 10-11-də Almaniyanın Auqsburq şəhərində Azərbaycanın Gənc Dostları Klubunun təşəbbüsü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Auqsburq Universitetinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda ikigünlük beynəlxalq nəzəri-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsi ideyası Azərbaycanın Gənc Dostları Klubunun həmsədrləri - Litva Pedaqoji Universitetinin elmi işçisi Salomeya Lukayte və Yunanıstanın Afina Universitetinin tələbəsi Dimitrios Asproulis tərəfindən təklif edilib. İdeya yekdil olaraq Klubun üzvləri tərəfindən dəstəklənib, konfransın keçirilməsi ilə bağlı Azərbaycanın Gənc Dostları təklif və arzularını ifadə ediblər, proqramın tərtibi, reallaşması ilə bağlı ortaq qərara gəliblər.
Konfransda iştirak edəcək Azərbaycanın Gənc Dostları Klubunun üzvlərinin bəziləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinə intervülər verərək konfransın əhəmiyyəti, gələcəkdə davamlı əməkdaşlıqlar üçün yaradacağı münbit zəmin və konfransa qatılma məramları ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycanın Gənc Dostları Klubunun İdarə Heyətinin üzvü, ABŞ-dan olan siyasi analitik Piter Teys ideyanın təşəbbüsçülərindən biri olduğunu xatırladaraq konfransın əhəmiyyətindən söz açıb: “Azərbaycan özünəməxsus multikulturalizm modeli ilə beynəlxalq arenada tanınan bir ölkədir. Beynəlxalq multikulturalizm yay məktəbində iştirakım zamanı bu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin əyani şahidi oldum, burada müxtəlif xalqların və fərqli konfessiya nümayəndələrinin bir arada necə dinc yanaşı yaşadığını öz gözümlə gördüm. Bu konfrans vasitəsilə bir daha dünyaya həmin ali dəyərlərin, multikulturalizm ideyalarının çatdırılmasına nail olacağımıza inanıram. Konfransın Azərbaycan multikulturalizminə yüksək siyasi qiymət verən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə həsr edilməsi isə xüsusilə əlamətdardır. Bu, o deməkdir ki, bu konfrans vasitəsilə Azərbaycanın Gənc Dostları multikultural əhvala köklənərək Azərbaycanın görkəmli liderinin xatirəsinə ehtiramlarını ifadə etmək şansı qazanacaqlar”.
İndoneziyanın Qadcah Mada Universitetinin tələbəsi İmas Xoyrun Nisa Fuciati Azərbaycanın haqq səsinin dünyaya çatdırılması ilə bağlı bir çox layihələrdə böyük həvəslə iştirak etdiyini xatırladaraq bu konfransın təşkilini də yüksək dəyərləndirib: “İndiyə qədər Azərbaycan multikulturalizmi modeli öz çətirinin altına ABŞ, Yunanıstan, Litva, Rusiya, İndoneziya, Estoniya, İsrail, Portuqaliya, Türkiyə, Bolqarıstan, İtaliya, Polşa, Almaniya, Gürcüstan, İsveçrə, Makedoniya, Çexiya, Rumıniya, Efiopiya kimi ölkələrin gənclərini toplamağı bacarıb. Azərbaycan multikulturalizminin tanış etdiyi bu gənclər indi bir-biriləri ilə sıx ünsiyyət saxlayırlar. Dünyanın dörd bir tərəfində yaşadığımıza baxmayaraq, ən azından virtual şəkildə öz dostluqlarımızı davam etdiririk və hər fürsətdə bir arada olmağa çalışırıq. Bu konfrans da Azərbaycanın Gənc Dostlarının yenidən görüşməsi və birgə ideyalarının paylaşılması baxımından çox təqdirəlayiq addımdır. İnanıram ki, bu konfransın gözəl, unudulmaz nəticələri olacaq, biz Azərbaycan multikulturalizminin yaxınlaşdırdığı, dostlaşdırdığı gənclər platforması olaraq bu konfransdan bəhrələnməklə yanaşı, bu gün terror, irqi, milli ayrı-seçkilik içərisində qana çalxanan dünyada barışın bərqərar olmasına öz töhfələrimizi verə biləcəyik. Bu konfransın həm də Azərbaycanın Gənc Dostlarının yeni ideyalarının yaranmasına və gerçəkləşdirilməsinə zəmin yaradacağına ümid edirəm”.
İsrailin Ariel Universitetinin tələbəsi Maayan Eliovson Azərbaycanın Gənc Dostları sırasında yer almasından qürur duyduğunu bildirərək “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda konfransın vasitəsilə dostlarla baş tutacaq daha bir görüşdən sevindiyini ifadə edib və gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Rusiyanın Ural Federal Universitetinin tələbəsi Maria Dzhaiani Azərbaycanın Gənc Dostları Klubunu dünya gəncləri ilə ünsiyyətin yeni mərhələsi kimi səciyyələndirib və konfransın təşkilinin də bu ünsiyyətin daha da dərinləşməsi istiqamətində böyük önəmi olduğunu bildirib: “Heydər Əliyev - gənclik - multikulturalizm” konfransının təşkil olunacağını öyrənəndə məmnuniyyətlə qatılmaq istədiyimi dedim. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi yay məktəbində iştirak etmişdim və orada dünyanın müxtəlif ölkələrindən yeni dostlar qazanmışdım. Bu konfransda iştirakım həm də dostlarımla yenidən görüşməyimə, yeni-yeni layihələri müzakirə etməyimizə imkan yaradacaq. Çox şadam ki, müstəqil Azərbaycanın formalaşmasında, inkişafında müstəsna xidməti olan onun görkəmli lideri Heydər Əliyevin xatirəsinin işığında dostlarımızla yenidən bir arada olacağıq. Düşünürəm ki, “Heydər Əliyev - gənclik - multikulturalizm” mövzusunda konfrans Azərbaycanın Gənc Dostları Klubunun növbəti ünsiyyət platforması kimi yaddaqalan olacaq”.
İtaliyalı müstəqil tədqiqatçı Andrea Kominçini IV Beynəlxalq multikulturalizm qış məktəbində iştirakından sonra Azərbaycanla bağlı daha geniş araşdırmalar apardığını qeyd edib: “Azərbaycan haqqında ilk bilgiləri, təbii ki, internetdən almışdım. Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi qış məktəbində iştirak etmək şansım yarandı. Azərbaycanda olarkən aldığım zəngin təəssürat unudulmaz idi. İtaliyaya qayıtdıqdan sonra Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı daha geniş araşdırmalar apardım, xüsusilə 1990-cı illərdə ölkənin keçirdiyi ağır iqtisadi-siyasi durum və sonra Azərbaycan xalqının dahi şəxsiyyətlərindən olan Heydər Əliyevin hakimiyyətə gələrək ölkəni bu çətin vəziyyətdən qurtarması, inkişaf və tərəqqi zirvəsinə çatdırması ilə bağlı xeyli məlumat oxudum. Öyrəndim ki, Heydər Əliyev təkcə dövlət başçısı kimi yox, həm də şəxsi baxımdan da çox tolerant insan olub, Azərbaycanda yaşayan fərqli dinin daşıyıcılarına, digər xalqların nümayəndələrinə böyük ehtiramla yanaşıb, onlara diqqət və qayğısını əsirgəməyib. Multikulturalizm ideyalarına böyük dəyər verən Heydər Əliyev bu gün dünyada brend kimi tanınan Azərbaycan multikulturalizminin siyasi banisi kimi tarixin yaddaşına yazılıb. Ona görə də düşünürəm ki, konfransın adı da özündə Azərbaycanın Gənc Dostlarını bir araya toplayan ali dəyərləri ehtiva edir. Bu konfrans dostlarımızla daha çox vaxt keçirməyimizə, eyni zamanda, bir daha unikal Azərbaycan multikulturalizmini beynəlxalq gündəmə gətirməyimizə rəvac verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

