Bakı Kliniki Tibbi Mərkəz IV İslam Oyunlarına tam hazırdır
15.04.2017 [10:26]
Ölkə Prezidentinin 2015-ci il 18 sentyabr tarixli “IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Sərəncamına uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyevin “2017-ci ildə Bakı şəhərində keçiriləcək IV İslam Oyunlarının tibbi təminatı barədə” imzaladığı əmrlə Təşkilat Komitəsi yaradılıb. Həmin əmrə əsasən, yarış iştirakçıları və qonaqlara tibbi yardımın göstərilməsi üçün Bakı şəhər Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi müəyyənləşdirilib.
AZƏRTAC-ın müxbiri Bakı şəhər Kliniki Tibbi Mərkəzdə olaraq İslam Oyunlarına tibbi yardım göstərilməsi ilə əlaqədar aparılan hazırlıq işlərinin vəziyyəti ilə tanış olub. Mərkəzdə yaradılmış işçi qrupuna xəstəxananın əməliyyat blokunun şöbə müdiri Aydın Əlizadə məsul nümayəndə təyin edilib. Qeyd edək ki, I Avropa Oyunları zamanı da onun rəhbərlik etdiyi qrup tapşırılan işin öhdəsindən yüksək səviyyədə gəlib. Onunla söhbətə də elə həmin Oyunlardan başladıq.
- Həkim, Avropa Oyunları zamanı Kliniki Mərkəzə daxil olan müraciətlər barədə öyrənmək istərdik...
- I Avropa Oyunları zamanı bizə 129, o cümlədən 69 əcnəbi, 60 ölkə vətəndaşının müraciəti daxil olmuşdu. Onlardan 76 nəfərinə ambulator, 53 nəfərinə stasionar xidmət göstərilib. İstər əcnəbi vətəndaşlar, istərsə də ölkə sakinləri onlara göstərdiyimiz tibbi xidmətin səviyyəsindən razı qalmışlar.
- IV İslam Həmrəyliyi Oyunlarına hansı hazırlıq işləri görülüb?
- Əlbəttə ki, əvvəlki illərdən müəyyən təcrübə əldə etmişik və bu il də yüksək tibbi xidmət göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb. Yaradılan 9 nəfərlik işçi qrupuna baş həkim, baş həkimin müavinləri, şöbə müdirləri və baş tibb bacısı daxil edilib. Mühüm idman tədbiri ilə əlaqədar xəstəxanada ümumi, toksikoloji və yoluxucu xəstəliklər üzrə üç şöbədə qəbul otağı yaradılıb. Stasionar müalicə üçün qəbul edilən xəstələrə hər birində 2 çarpayı olmaqla uşaq cərrahiyyəsi və üz-çənə cərrahiyyəsi şöbəsində 10, ümumi terapiya, kardiologiya və nevrologiya, travma və neyrotravma, ümumi cərrahiyyə şöbələrinin hər birində 6 palata olmaqla ümumən 44 palata ayrılıb. Toksikologiya şöbəsində hərəsində 2 çarpayı olmaqla 3, yoluxucu xəstəliklər şöbəsində isə 10 palata ayrılaraq tam hazır vəziyyətə gətirilib.
Tədbir iştirakçıları və qonaqlara rentgen, ultrasəs, KT, MRT müayinələri göstərmək üçün də hər cür şərait yaradılıb. Müraciət edənlərə tibbi yardım göstərmək üçün kifayət qədər gips, sarğı, dava-dərman və digər tibbi ləvazimatlar ayrılıb.
Ümumən xəstəxanada və hər bir şöbədə ayrı-ayrılıqda mayın 1-dən 31-dək növbətçilik cədvəlləri tutmuşuq. Cədvələ əsasən hər ixtisas üzrə 1 həkim və 1 tibb bacısı olmaqla 18 həkim və o qədər də tibb bacısı 12 saat ərzində növbədə olacaqlar. Növbələrə ingilis və digər dilləri bilən həkim, rezident və tibb işçiləri cəlb ediləcək. Əlavə olaraq tapşırılıb ki, hər həkim öz şöbəsində əcnəbi dil bilən işçilərin siyahısını işçi qrupa təqdim etsin.
- Məlum olduğu kimi, İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək keçiriləcək. Növbətçilik cədvəlinin biraylıq müddətə tutulması nə ilə əlaqədardır?
- Yarış iştirakçılarının və onları müşahidə edən qonaqların Bakı şəhərinə gəlişi bir neçə gün əvvəlcədən başlanacaq və yarış başa çatandan sonra da onlar paytaxtın və ölkəmizin görməli yerlərinə səyahət edəcəklər. Biz də bunu nəzərə alaraq işimizi daha uzun müddətə planlaşdırmışıq.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

