31 Mart hadisələri XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir
31.03.2017 [16:42]
31 Mart soyqırımı və ya Mart hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixi arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və bolşevik-daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Təssüflər olsun ki, bədnam qonşumuz tarix boyu öz destruktiv siyasətindən əl çəkməyərək xalqımıza qarşı hər zaman məkirli, çirkin münasibət bəsləyib. Amma bütün faciələr kimi xalqımızın başına gətrilən bu faciə də tarixin qanlı səhifəsindən silinməyib və silinməyəcək də. Sevindirici hal ondan ibarətdir ki, xalqımız müstəqillik qazandıqdan sonra öz tarixi keçmişinin obyektiv mənzərəsini yaratmağa nail olub. Belə ki, Ulu öndər Heydər Əliyev xalqımızın başına gətrilən bütün faciələr kimi 31 mart soyqırımına da dünyanın güc strukturları, beynəlxalq təşkilatları tərəfindən hüquqi-siyasi qiymət verilməsinə səy göstərmişdir. 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin araşdırılması və dəyərləndirilməsi baxımından mühüm sənəddir, hansı ki, bu sənəd 31 mart həqiqətlərinin bütün dünya ictimayyətinin gözü önünə sərilməsi baxımından çox mühüm aktdır.
Ulu öndər Heydər Əliyevin bu yöndə siyasəti məhz Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanın müasir dövrdə öz haqq səsinin dünyaya çatdırılmasında bizim kimi təhsilli, elmli gənc nəslin üzərinə çox böyük bir məsuliyyət düşür. Dövlətimizin xüsusi diqqəti, Heydər Əliyev Fondunun və gənclərimizin aktiv fəaliyyəti nəticəsində azərbaycanlıların soyqırımını tanıyan ölkələrin sayı getdikcə artır. Bu bizim uğurumuzdur, bu Azərbaycan xalqının uğurudur, bu cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən Azərbaycan gəncliyinin uğurudur. Mən bir gənc olaraq əminəm ki, törədilən qanlı hadisələrə görə ermənilər tarix qarşısında cavab verməli olacaqlar. Bu günün çox da uzaqda olmadığına bütün Azərbaycan gəncliyi kimi mən də inanıram. Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.
Əli Pənahov
YAP Gənclər Birliyi ofisinin rəhbəri
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17

