Mən sağ olmasam da, Vətən sağ olsun
26.10.2016 [10:00]
Gizir Aydın Abdullayevin Vətən uğrunda şəhid olmasından üç il keçir
Milli-mənəvi dəyərləri mənimsəmiş, öz düşüncə və əməlində bu dəyərləri üstün tutan Azərbaycanın gəncliyi hər zaman Vətənə bağlılığı ilə fərqlənib və Vətəni hər şeydən üstün tutduğunu hər məqamda sübuta yetirib. Qürurverici haldır ki, bizim Mübariz İbrahimov, Fərid Əhmədov kimi Milli qəhrəmanlarımız var. Neçə-neçə Vətən oğullarımız onları özünə nümunə bilib, bu qəhrəmanların izi ilə gedərək hər an Vətənimiz naminə canından keçə biləcəyini sübut edib. Belə igid və cəsarətli gənclərimizdən biri də Aydın Əmirsultan oğlu Abdullayevdir.
1990-cı il sentyabrın 29-u dünyaya göz açan və ailənin sonbeşiyi olan Aydın elə uşaqlıqdan iki qardaşı - Nicat və Cavaddan istər xaraktercə, istərsə də maraq dairəsi baxımından fərqlənirmiş. Gələcək həyatını idmanla bağlamaq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirmiş. Lakin Tanrının alın yazısı onu idmana deyil, hərbi sahəyə yönləndirib. Belə ki, 2010-cu ilin yayı Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində baş verən hadisə onun həyatında, fikirlərində dönüş nöqtəsi olur. Azərbaycan Milli Ordusunun giziri Mübariz İbrahimovun qəhrəmanlığı hərbi xidmətini başa vurmuş Aydın Abdullayevin içindəki Vətən sevgisini daha da alovlandırır, bu istək onu həm də illərdir düşmən tapdağı altında qalan torpaqlara, güllə yağışlarının və təhlükənin olduğu səngərlərə çəkir. Odur ki, evdən xəbərsiz sənədlərini Suraxanı rayon Hərbi Komissarlığına verən Aydın Qaraheybət təlim mərkəzinə göndərilir. Burada kəşfiyyatçı-snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra o, kəşfiyyatçı-snayper kimi qaynar nöqtələrdən birinə - düşmənlə təmas xətti olan Tərtərin Qapanlı kəndinə göndərilir. Və 2013-cü il oktyabrın 26-da Tərtər istiqamətində düşmənlə təmas xəttində atəşkəsin pozulması nəticəsində gizir Aydın Abdullayev Vətən uğrunda şəhid olur.
Aydının vəfat xəbəri Abdullayevlər ailəsinin evinə od kimi düşür. Özü də təkcə onun ailəsinin yox... Belə ki, Aydını səngərə yalnız ailəsi yola salmamışdı. Cəmisi 20 gün imiş ki, nişanlanıbmış və Aydının ailəsində toya hazırlıqlar gedirmiş.
“Vətənə borcunu yerinə yetirdikdən sonra ailə qurub, anasına nəvələr vəd etmişdi. Hər səfərdə övladlarını vətənpərvər ruhda böyüdəcəyini, Vətənə, millətə layiqli fərdlər yetişdirəcəyini dilə gətirsə də, toyunun baş tutacağından hər dəfə nədənsə şübhə ilə bəhs edərdi. Elə də oldu. Aydının bütün arzuları yarıda qaldı”. Bunları üstündən üç il keçməsinə baxmayaraq, hələ də oğlunun ölüm xəbəri ilə barışa bilməyən şəhidin atası Əmirsultan kişi danışır: “Nə vaxt toy barədə danışıqlar aparılsa, Aydın hiss edirmiş kimi hər dəfə “Görəsən, mənə də toy qismət olacaqmı?”, - deyə soruşardı. Həmin səhnəni xatırlayanda içim parçalanır. Böyük qardaşları Aydına öz toylarından da şanlı-şöhrətli toy edəcəklərini söz vermişdilər. Səbirsizliklə toyunu gözləyirdik ki, yası qismət oldu”.
Aydının yaşadığı, böyüyüb boya-başa çatdığı mənzildə hara nəzər salsan, ondan bir xatirə görmüş olarsan. Şanlı bayrağın fonunda əks olunmuş rəsmi sanki dil açıb “Mənimlə fəxr edin” deyir.
İndi ondan bir neçə şəkil, qazandığı medallar və xatirələri qalıb. Elə Sevil ananı ayaqda saxlayan da məhz balasının şücaəti və qəhrəmanlığı barədə xatirələrdir. Nəvə gözlədiyi anda son beşiyinin ölüm xəbərini alan Sevil ana bu acıdan sonra insult keçirib. Amma bir an olsun belə “Aydın tək mənim oğlum deyildi ki... O həm də Vətənin idi...” cümləsini dilindən düşürmür: “Tez-tez yuxuda görüb, möhkəm bağrıma basıram. Hər dəfə mənə deyir ki, ana, ağlama, mənimlə fəxr et. Vətənə neçə-neçə Aydınlar fəda olsun”.
Aydın şəhid qəhrəman olacağını qətiləşdiribmiş. Bunu bizə qardaşı Cavad bildirdi: “Sonuncu dəfə yaxın dostuyla danışdım. Aydın həmişə döyüş dostlarına deyirmiş ki, siz mənimlə fəxr edəcəksiz. Mən şəhid qəhrəman olacağam. Vaxt gələcək, deyəcəksiniz ki, Aydın mənim döyüş dostum, komandirim olub”.
Yeri gəlmişkən, atası Əmirsultan kişinin dediyinə görə, “Qəhrəman şəhid” adlı şeiri oğlunun geyimlərinin içərisindən tapıblar və həmin şeir şəhidimizin qəbir daşının üzərinə həkk olunub:
Ey mənim hər dəfə keçən yanımdan!
Mənə baxıb demə dərdin dağ olsun.
Mən özüm keçdim şirin canımdan,
Mən sağ olmasam da, Vətən sağ olsun.
Qəbrimin üstünə çöküb ağlama.
Ey şəhid böyüdən xalqın anası.
Sən də boynunu büküb dayanma,
Əksinə, fəxr elə, şəhid atası.
Ata Əmirsultan kişi də qətiyyən nikbinliyini itirmir: “Əvvəllər Əmirsultan kişinin oğlu Aydın deyərdilər. İndi isə şəhid Aydının atası Əmirsultan dayı deyirlər. Övladımın şəhid olması xəbərini eşidəndə hər nə qədər ağır olsa da, özümə toxtaqlıq verdim və dedim ki, təki Vətən sağ olsun! Vətəni Aydın kimi oğullar qorumalıdır. Onların sayəsində bu gün biz əmin-amanlıq şəraitində yaşayırıq. Mənim Aydından başqa iki oğlum var. Bu iki oğlumun ikisini də Vətən yolunda qurban verməyə hazıram, təki Vətən sağ olsun!”
Məlumat üçün bildirək ki, gizir Aydın Abdullayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06

