Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 111 yaşlı Gülüstan nənənin evinə daşınan səsvermə qutusu aparılıb

111 yaşlı Gülüstan nənənin evinə daşınan səsvermə qutusu aparılıb

27.09.2016 [10:02]

Gülüstan Xəlilova Zərdab rayonunun ən yaşlı sakinidir. Qaravəlli kəndində yaşayır. 111 yaşlı ağbirçəyin 5 övladı, 16 nəvəsi, 22 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, referendumda iştirak etməklə Konstitusion hüququnu yerinə yetirib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Konstitusiyamıza təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendumda iştirak etmək üçün Gülüstan nənənin evinə daşınan səsvermə qutusu gətirilib. Ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən Gülüstan nənə deyib: “Sağ olun ki, məni yaddan çıxarmamısınız. Əsas Qanunumuza olan dəyişikliyi nəvələrim mənə izah ediblər. Uzun ömür sürmüşəm, çox əzab-əziyyətlər görmüşəm. Bugünkü əmin-amanlıq heç də hər ölkəyə nəsib olmur. Bunun qədrini bilmək lazımdır. Arzum budur ki, yumruq tək birləşib, daim dövlətçiliyimizə sadiq olaq. Allah ölkəmizdəki bu əmin-amanlığı, sabitliyi daimi etsin”.

Paylaş:
Baxılıb: 505 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31