Mən oxudum, sən də oxu
17.08.2016 [16:26]
Bu deviz altında təşkil olunmuş “Açıq kitabxana” kitab həvəskarları üçün ən yaxşı ünvanlardan biridir
“Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir” - ingilis yazıçısı Frensis Bekon belə deyib. Fikir gəmilərimizin də batmaması üçün ən etibarlı xilaskarımız elə kitabdır. Sevindirici haldır ki, son illərdə Azərbaycanda kitab oxuyanların sayında ciddi artım müşahidə olunur. Bu sahədə görülən tədbirlər kitaba və kitabxanaya marağı artırıb. Bunu Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşəbbüsü ilə yaradılan “Açıq kitabxana”ya üz tutanların sayının gündən-günə artması da bir daha təsdiq edir.
Qeyd edək ki, Milli Kitabxananın baxçasında təşkil olunan “Açıq kitabxana” günün iyirmi dörd saatında fəaliyyət göstərir. Bu kitabxanada cari ilin 15 iyulundan oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab oxumalarına və mütaliəyə şərait yaradılıb. Hər yaşdan olan nəslin nümayəndələri sözügedən ünvanın qonağı olurlar. Bu məkanda həm sevdiyiniz əsəri mütaliə edə bilərsiniz, həm də oxuduğunuz köhnə kitabları başqası ilə əvəzləyib, şəxsi kitabxananızı yeniləyə bilərsiniz. Bir sözlə, bu məkan kitab oxumaq həvəskarlarının üzünə iyirmi dörd saat açıqdır. Biz də dünən bu ünvana müraciət etdik.
Milli kitabxananın Oxuculara Xidmət Şöbəsinin müdiri Ədibə İsmayılova bildirib ki, isti yay günlərində asudə vaxtını səmərəli keçirmək üçün hər gün kitabxanaya üz tutan, mütaliə etməkdən zövq alan oxucularımız az deyil: “Mən oxudum, sən də oxu” devizi ilə fəaliyyət göstərən açıq kitabxana kitabların oxu mübadiləsi üçün ən yaxşı ünvandır. Dünyagörüşünü zənginləşdirmək üçün layihənin rolu çox əhəmiyyətlidir. Gün ərzində buraya yüzlərlə oxucu üz tutur. “Açıq kitabxana”da “Kitabı kitaba dəyişmə” guşəsi fəaliyyət göstərir ki, burada hər bir vətəndaş artıq özünün oxuduğu kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində yeni kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı qazanır. Həmçinin sözügedən kitab guşələrinə müraciət edən hər bir kəs artıq onun oxuduğu və ona lazım olmayan kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradır. Şübhəsiz, bu ənənə fasiləsiz olaraq davam edəcək. Gələcəkdə isə “Açıq kitabxana”da poeziya gecələri, mütaliə axşamları, yazıçı və şairlərlə görüşlər və imza günləri təşkil olunacaq. Kitabxanada həmçinin “Uşaq guşəsi” də fəaliyyət göstərir. Valideynlər öz azyaşlı uşaqlarını buraya gətirməklə onları kitab oxumağa sövq edirlər”.
Kitabxanaya hətta şəhərimizə qonaq gələn xaricilərin və turistlərin də xüsusi marağı var. Belə ki, “Açıq kitabxana”nın xidmətindən istifadə edən turistlər xatirə dəftərinə öz ürək sözlərini yazıblar. Bu layihənin olduqca uğurlu və faydalı olduğunu bildiriblər.
Bəs oxucular yaradılan şəraitdən razıdırlarmı? Müsahibimiz Şəfəq Uğurlu ilk dəfə buraya gəldiyini və məmnun qaldığını bildirib: “Bura haqqında dostlarımdan məlumat aldım. İlk dəfədir ki, gəlirəm. Çox bəyəndim. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Hazırda fransız yazıçısı Stendalın “Qırmızı və qara” əsərini mütaliə edirəm. Əvəzində isə oxuduğum bir kitabı hədiyyə etməyi düşünürəm”.
Növbəti müsahibimiz isə gənc memardır. Bir memar kimi Aysel Kərimlinin diqqətini, heç şübhəsiz, ab-hava çəkib. Mütaliə üçün çox ideal ortam seçildiyini deyən A.Kərimli bu işdə əməyi olanlara təşəkkürünü bildirib: “Kitabxananın açıq səma altında və 24 saat oxuculara təqdim edilməsi olduqca unikal yanaşmadır. Bu ideyaya görə bütün gənclərin adından minnətdarlığımı bildirirəm. Dostlarımı da buraya gəlməyə dəvət edirəm. Kitab oxumaq dünyanın ən böyük xəzinəsinə çatmaq kimidir. Ələlxüsus mütaliəni belə ortamda edirsənsə, onda daha zövqlü olur”.
Müsahiblərimizin sırasında Türkiyə vətəndaşı da var. Ulaş Türker Azərbaycanda təhsil alır. Azərbaycan dili bilgisini inkişaf etdirmək üçün gecə-gündüz kitab oxuduğunu və buraya gəldiyini deyir: “Açıq kitabxana” çox xoşuma gəldi. Layihəni fikirləşənlərə və bu şəraiti biz oxuculara yaradanlara minnətdarlığımızı bildirirəm. Xüsusilə də, buranın 24 saat açıq olması daha məqsədəuyğundur. Dərslərimdən boş qalan zamanımı burada kitab oxumaqla dəyərləndirməkdən zövq alıram”.
Sona Ağayeva isə ixtisasca müəllimədir. Mütaliə etməyi çox sevdiyini və buraya tez-tez gəldiyini deyir: “Hazırda təqaüddəyəm. Kiçik yaşlarından uşaqlara oxumaq sevgisini aşılamaq lazımdır. Təməli möhkəm gəncliyin yetişməsini istəyiriksə, onların kitab oxumaqlarına şərait yaratmalıyıq. “Açıq kitabxana” layihəsini olduqca bəyəndim. Çox vaxt nəvələrimi də buraya gətirirəm”.
Məlumat üçün bildirək ki, yeni layihənin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Qənirə Paşayeva, Bakıdakı Atatürk Mərkəzinin direktoru, millət vəkili Nizami Cəfərov, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və digər qonaqlar iştirak ediblər.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34

