Uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır
20.07.2016 [09:41]
Xəbər verildiyi kimi, iyulun 15-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılıb. İmtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. Eləcə də, imtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent, IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. I ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Xırdalan şəhəri 5 saylı orta məktəbin məzunu Nəzərəliyev Rəvan Rauf oğludur. Rəvan Nəzərəliyev uşaqlıqdan dərslərini sistemli şəkildə öyrənməyə çalışıb. Təbii ki, müəllim ailəsində doğulub-böyüməsi də Rəvanın təhsilə marağında xüsusi rol oynayıb.
Bu il Rəvanla yanaşı, əkiz qardaşı Nurlan Nəzərəliyev də imtahan verib və 685 bal toplayıb: “Hər ikimiz də eyni məktəbdə imtahan vermişik. Uşaqlıqdan hər ikimiz də yaxşı oxumuşuq. Demək olar ki, iki ildir sərasər çalışırdıq. Bir-birimizə suallar hazırlayıb, cavabları barədə diskussiyalar aparırdıq. Zəif bildiyimiz hissəni isə yenidən öyrənməyə səy göstərirdik. Ona görə də imtahanlarda 700 bal toplayacağıma inanırdım. Sevindim ki, gözlərini övladlarına dikən ailəmin əməyini hədər etmədik. Bu uğur yalnız bizim deyil, üzərimizdə əməyi olan hər kəsindir. Xüsusilə də, valideynlərimizin həm maddi, həm də mənəvi dəstəyi olub. Həmişə rahatlığımız və yaxşı təhsil almağımız üçün bizə şərait yaradıblar. Hər birinə təşəkkür edirik”.
R.Nəzərəliyev bu gün ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan razı olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanda müasir texnologiyaların geniş şəkildə tətbiqinə yol açıb, rayonlarımızda, bölgələrimizdə təhsilə diqqət yüksək səviyyədədir. R.Nəzərəliyev orta məktəbdə təhsil alan gənclərə də kitaba bağlı olmağı, təhsil proqramını mükəmməl səviyyədə mənimsəməyi arzulayıb.
Rəvan və Nurlan Nəzərəliyevlərə ən böyük stimul böyük qardaşları Rəşad Nəzərəliyev olub. Belə ki, R.Nəzərəliyev 2013-cü ildə imtahandan 677 bal toplayıb. “Qarşımıza məqsəd qoymuşduq ki, onun kimi yüksək nəticə əldə edək”.
Nurlan Nəzərəliyev isə əkiz qardaşının 700 bal topladığı üçün ona qısqanclıqla yanaşmadığını, əksinə, sevincinin həddi-hüdudunun olmadığını deyib. Əldə olunan nəticəni isə valideynlərinin və müəllimlərinin sayəsində qazandıqlarını söyləyib: “Qardaşımın sevincinə şərikəm. Onsuz da ikimizdən biri 700 balı toplamalıydı. Başlıca hədəfimiz bu idi. İkimiz də sənədlərimizi Kompüter mühəndisliyi ixtisası üzrə verəcəyik”.
Qeyd etdiyimiz kimi, abituriyentlər müəllim ailəsində böyüyüb boya-başa çatıblar. Anaları Aidə Nəzərəliyeva Xırdalan şəhəri 5 saylı orta məktəbdə riyaziyyat müəlliməsi, ataları Rauf Nəzərəliyev isə avtomobil təmirçisidir. Övladları ilə qürur duyan A.Nəzərəliyeva bütün valideynlərin bu hissləri yaşamasını arzu edib: “Üç övladımın üçü də imtahandan yüksək bal toplayıb. Əməyimiz yerdə qalmadı. Heç bir var-dövlət bu sevinci əvəz edə bilməz”.
IV ixtisas qrupu üzrə maksimum balı toplayan abituriyentlərdən biri də Zülfüqarov Orxan Əzim oğludur. Orxan Zülfüqarov Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı tam orta məktəbin məzunudur. Orxanın bu uğuru istər yaşadığı rayonda, istərsə də öz ailəsində böyük coşqu ilə qarşılanıb. Müəllim ailəsində doğulub-böyüyən Orxana elə böyük dəstək də ailəsindən gəlib. Orxanın təhsilə marağının artmasında ailəsi xüsusi rol oynayıb. Bütün sınaq imtahanlarından 650-dən çox bal topladığını deyən Orxan imtahanda bu uğuru qazanacağına tam əmin olduğunu bildirib. Bizimlə söhbətində o, gələcəkdə xalqımıza həkim kimi xidmət etmək istədiyini söyləyib. Orxan deyib ki, müalicə işi fakültəsində təhsil almağı planlaşdırır: “Ailəmin inamını doğrultduğum üçün böyük sevinc hissi yaşayıram. Məktəbdə bütün dərslərimi yaxşı oxumağa çalışmışam ki, biliyimi hər sahədə inkişaf etdirə bilim. Bu uğur mənə güvənən ailəmin və üzərimdə böyük əməyi olan, elmin bütün sirlərini mənə öyrədən müəllimlərin sayəsində əldə olunub. Hər kəsə təşəkkürümü bildirirəm”.
Onun təhsilə bağlılığının arxasında həm də ailə ənənəsi dayanır. Belə ki, O.Zülfüqarovun atası Əzim Zülfüqarov riyaziyyat müəllimidir. Oğlu ilə fəxr etdiyini deyən ata digər şagirdlərinin də yaxşı nəticə əldə etdiyini, hər birinin uğuruna çox sevindiyini bildirib: “İlk dəfə ailəmizə belə böyük bir sevinc nəsib olur. Çox sevincli və qürurluyam. Oğlum dəftərə-kitaba bağlı böyüyüb. Kiçik yaşlarından onu kitablardan ayıra bilmirdik. Həm valideyni, həm də bir müəllimi kimi istər məktəbdə, istərsə də evdə oğlumun dərsləri ilə sərasər məşğul olmuşam. Orxanı gecə-gündüz oxumaqdansa, sistemli çalışmağa yönləndirmişəm. Valideynlərə də məsləhətim odur ki, övladlarını çox sıxmasınlar. Onlarla dost olmağa çalışsınlar. Biz həm də oğlumla çox gözəl dostuq. Dərsləri ilə yanaşı, şahmat oynayır, birgə futbola gedirdik”.
Ə.Zülfüqarov dövlətimizin təhsilə qayğısını olduqca yüksək qiymətləndirib. O bildirib ki, Prezident İlham Əliyev hər zaman təhsilin səviyyəsinin artırılmasına, o cümlədən təhsil ocaqlarının maddi-texniki bazasının yeni dövrə uyğun şəkildə müasirləşdirilməsinə xüsusi diqqət göstərib. Ə.Zülfüqarov Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrə də toxunub. Qeyd edib ki, yaradılan əlverişli mühit gənclərimizin daha yaxşı oxumasına, təhsilə daha diqqətlə yanaşmasına şərait yaradır.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30

