/ / Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
30.06.2016 [10:01]
Göygöldə şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Gəncə, Naftalan şəhərlərində, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarında fəaliyyət göstərən müxtəlif etnik və dini icmaların təmsilçiləri, din xadimləri, ilahiyyatçılar, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin Göygöl rayonuna tarixi səfərlərini əks etdirən fotolara baxıblar.
Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Tədbirdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, vaxtilə rayonda almanlar tərəfindən salınan küçələr, ictimai və yaşayış binaları, kilsə, hətta onların qəbiristanlıqları belə qorunur. Azərbaycanın hər yerində olduğu kimi, Göygöl rayonunda da bir sıra dini və etnik icmaların nümayəndələri təmsil olunurlar. Rayonda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.
Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi, unitar dövlətdir. Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Azərbaycan Respublikasının ali qanunu dünyanın ən demokratik konstitusiyalarından hesab olunur. Çünki burada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etməmişdən öncə respublikada 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2100-ə çatıb.
Lakin bununla belə ölkədə yaradılan ictimai-siyasi sabitlik, əldə olunan iqtisadi-sosial tərəqqi bir sıra xarici qüvvələri narahat edir. Respublikanın azad, suveren inkişafına, milli təhlükəsizlik sisteminə təhdid kimi qiymətləndirilən xoşagəlməz halların - terror, dini radikalizm, qeyri-ənənəvi dinlərin, zərərli dini cərəyanların ölkəyə ixrac olunmasına cəhd göstərilir. Bu cür hallara qarşı hər kəs ayıq-sayıq olmalıdır.
Konfransda mövcud təhlükələrin ölkəyə yol tapmaması üçün valideynlərin ailədə, ziyalıların cəmiyyətdə təbliğat aparmalarının zəruriliyi vurğulanıb. Gənc nəslin dini baxımdan daha da bilikli olması üçün məktəblərdə, müxtəlif təhsil müəssisələrində seminarların, təlimlərin təşkil olunmasının əhəmiyyəti qeyd edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30

