Gəncədə “Region gənclərinin inkişafı forumu” işə başlayıb
25.06.2016 [13:34]
“Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək məqsədi daşıyan forumda 15 regiondan 100-ə yaxın gənc iştirak edir
İyunun 24-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai Birliyinin (İB) təşəbbüsü ilə “ Region gənclərinin inkişafı forumu” işə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının gənclər sahəsində çalışan əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Sonra tədbir iştirakçıları mərkəzdə Ulu öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən muzeyə baxıblar.
Forum Dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra işə başlayıb.
Forumda “İrəli” İctimai Birliyi haqqında məlumat verilib. Qeyd olunub ki, gənclər təşkilatlarını öz ətrafında birləşdirən qurum bir çox beynəlxalq təşkilatlar və dövlət orqanları ilə sıx əməkdaşlıq edir, Bakıda və bölgələrdə maarifləndirici layihələr reallaşdırır.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib ki, son illər Azərbaycan region, qitə və dünya miqyaslı forumlara, konfranslara, zirvə toplantılarına, idman yarışlarına və gənclərlə bağlı müxtəlif tədbirlərə ev sahibliyi edib. 2013-cü ildə qitədəki gənclər təşkilatlarının ən böyük platforması olan Avropa Gənclər Forumunun Baş Assambleyasında beynəlxalq münsiflər heyətinin qərarı ilə Gəncə şəhəri “2016-cı il Avropa Gənclər Paytaxtı” elan edilib. Beləliklə, Gəncə 2016-cı ildə Avropa gənclərinin diqqət mərkəzindədir. Bu isə şəhərin simasında Azərbaycanın tarix və mədəniyyətinin, cəmiyyətimizə xas multikulturalizm ənənələrinin təbliğ edilməsinə, ölkəmizlə bağlı həqiqətlərin qitə və dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradıb. Bu səbəbdən də “Region gənclərinin inkişafı forumu” Gəncə şəhərində keçirilir. Forumun məqsədi “Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən gənclər evləri və gənclər mərkəzləri yerləşən regionlarda gənclərin fərdi inkişafına təkan vermək üçün birgə fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bölgələrdə uğurlu icrasından danışıb, Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində həyata keçirilən layihələr və tədbirlər haqqında ətraflı məlumat verib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, bu cür tədbirlərin regionlarda keçirilməsini bölgələrin inkişafında və gənclərin ictimai fəallığının artırılmasında mütərəqqi hal kimi qiymətləndirib. Vurğulanıb ki, tədbirin Ulu öndərin adını daşıyan mərkəzdə keçirilməsi heç də təsadüfi deyil. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə gənclər siyasətinin əsasının qoyulması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi öndərin gənclərə olan diqqət və qayğısı nəticəsində ölkədə Gənclər və İdman Nazirliyi yaradılıb, gənclər hərəkatına dəstək verilib, dövlət proqramları icra olunmağa başlayıb.
Bildirilib ki, dövlət və gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində nüfuzlu universitetlərdə təhsil alır, respublikamızı çoxsaylı regional, beynəlxalq tədbirlərdə layiqincə təmsil edir, respublikanın hərtərəfli inkişafına öz töhfəsini verir.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qurumun reallaşdırdığı layihələr haqqında məlumat verib. O, gəncləri fəal olmağa, yeni layihələr üzərində işləyərək Gənclər Fondunun imkanlarından yararlanmağa dəvət edib.
Sonra panel iclasları olub.
Azərbaycanın 15 regionundan 100-ə yaxın gəncin iştirakı ilə keçirilən forum iyunun 26-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19

