Beynəlxalq Ətraf Mühit Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “dəyirmi masa” təşkil olunub
03.06.2016 [10:01]
İyunun 2-də IDEA İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində Beynəlxalq Ətraf Mühit Günü ilə əlaqədar “Vəhşi heyvanların qaçaqmalçılığı” mövzusunda “dəyirmi masa” keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının nümayəndələri, elm xadimləri, araşdırmaçılar, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq qurumların təmsilçiləri iştirak ediblər.
“Dəyirmi masa”da BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun Beynəlxalq Ətraf Mühit Günü ilə bağlı videomüraciəti dinlənilib və vəhşi heyvanların qanunsuz ticarəti barədə arayış təqdim olunub. Həmçinin dəyərli fauna növlərinin qlobal ticarəti, qazanc məqsədilə nəsli kəsilməkdə olan heyvan növlərinin öldürülməsi və qaçaqmalçılığı probleminin ölkəmizə mümkün təsirləri müzakirə edilib.
Qeyd olunub ki, IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Qafqazın böyük beşliyi” - regionun nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvan növü (bəbir, ceyran, qonur ayı, boz canavar və imperial qartalı) müəyyən edilib. Ötən dövr ərzində IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə bu dəyərli növlərin mühafizəsi ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirib. Nəticədə bu növlərin mühafizə gücləndirilib, yaşayış arealları bərpa olunub və heyvanların təbii artımı üçün əlverişli şərait yaradılıb. Bununla belə, dünyada olduğu kimi, ölkəmizdə də vəhşi təbiətin mühafizəsi səylərinə ən böyük əngəllərdən biri onların mənfəət məqsədilə öldürülməsi və qanunsuz ticarətidir.
Çıxış edənlər təbiətimizin nadir flora və fauna növlərinin daha səmərəli mühafizəsi üçün qanunvericiliyin təkmiləşdirilməsi və institusional tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıbıar. Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı təkliflər irəli sürülüb. Təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.
Xatırladaq ki, BMT Baş Assambleyasının 1972-ci ildə qəbul etdiyi qətnamə ilə 5 iyun tarixi Beynəlxalq Ətraf Mühit Günü elan edilib və həmin tarixdən etibarən hər il bütün dünyada qeyd olunur. UNEP-in qərarına əsasən, Beynəlxalq Ətraf Mühit Gününün 2016-cı ildə “Vəhşi heyvanların qanunsuz ticarəti ilə mübarizə” mövzusuna həsr olunub.
Xəbər lenti
Hamısına baxSosial
22 İyul 09:41
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15

