Məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının sənədləri təqdim olunub
05.03.2016 [11:32]
Martın 4-də Saatlıdakı Gənclər Mərkəzində “Aqrolizinq” ASC-dən lizinq yolu ilə kənd təsərrüfatı texnikaları əldə etmiş istifadəçilərə yerlərdə xidmət göstərilməsi məqsədilə güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyanın növbəti səyyar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan 129 istifadəçiyə lizinqə verilmiş, ümumilikdə, 3.348.507 manat məbləğində 222 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1.249.033,80 manat məbləğində güzəşt tətbiq edilib.
Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunmuş güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 56 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib. Həmçinin “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə güzəşt məqsədilə elektron ərizə verilməsi üçün xidmət göstərilib.
Tədbirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlham Quliyev, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Xüsusi Komissiyanın sədri Mikayıl Nuriyev Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr barədə məlumat verib, ölkəmizdə sahibkarlara və məhsul istehsalçılarına göstərilən qayğıdan söhbət açıblar.
Diqqətə çatdırılıb ki, Xüsusi Komissiyanın səyyar iclaslarında respublikanın 48 rayonunu əhatə etməklə 981 istifadəçiyə lizinqə verilmiş 1923 müxtəlif kənd təsərrüfatı texnikasına 11.295.091,04 manat məbləğində güzəşt tətbiq edilib. İstifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 576 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi təmin olunub.
Tədbirdə məhsul istehsalçılarına kənd təsərrüfatı texnikalarının onların mülkiyyətinə verilməsinə dair hüquqi sənədlər təqdim edilib.
Fermerlər və məhsul istehsalçıları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45

