Odlar Yurdunun Od Çərşənbəsi
01.03.2016 [09:30]
Yurdumuza Bahar gəlir - xalqımız Novruz bayramını qeyd etməyə hazırlaşır
Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olub. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulub, yaddaşlardan silinib. Yalnız o bayramlar əsrlərin sınağından keçib ki, onların əsasında humanist milli və bəşəri ideyalar dayanıb.
Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz bayramı da ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlaya bilib. Novruzda qədimliyimizin bütün çalarları var. Məhz bu səbəbdəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşadılıb. Folklorşünaslar yazırlar ki, çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd ediblər. Bu münasibətlə şənliklər keçirilib, onu yeni ilin başlanğıcı kimi qarşılayıblar. Qədim türk tayfaları isə Novruz bayramını hər il martın 21-də qeyd ediblər. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edib. Əslində, ulu babalarımızdan bu günümüzədək gəlib çatan Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür - su, od, yel(havanın) və torpaq dayanır. Odur ki, əcdadlarımız Novruz şənliklərini təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmışdan keçirməyə başlayıblar. Bu aya ad da veriblər - Boz ay. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılıb və həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilib. Beləliklə, su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi meydana gəlib. Ötən həftə bütün türk toplumlarında olduğu kimi, yurdumuzda da Boz ayın ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olundu. Bu gün isə İlaxır çərşənbələrinin ikincisi - Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir.
Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb, qorumağının vacibliyinə inamı ilə bağlıdır. Od çərşənbəsində odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edərdilər. Belə ki, əski türk inanclarına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın Günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub saxlamaq bir növ adətə çevrilib. Əcdadlarımız odu, bir qayda olaraq, ağacın koğuşunda qoruyarlarmış. Qədimlərdə ocağın, odun əldə edilməsi ilə ailənin təməlinin qoyulmasına, insanların ev tikməyi öyrənməsinə inamı böyük olub. Folklorşünasların qənaətinə görə, atəşpərəstlər də “Müqəddəs od”u insanlara ağacların verdiyinə inanarmışlar. Ulu babalarımız bunun şərəfinə şənliklər də keçirərmişlər. Odun əsas mənbəyi isə Günəş hesab olunurmuş. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş yayılar, Günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənərdi. Bu adət-ənənə bu günümüzədək qorunmaqdadır. İndi çərşənbə günündə şər qarışanda hər həyətdə, məhəllədə tonqallar yandırılır və tonqal başına toplananların hamısı növbə ilə 3 dəfə alovun üstündən tullanırlar.
İnanclara görə, Od çərşənbəsi günü, gün doğanda dünyaya gələn uşaq göyçək, pəhləvan olar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, “Od haqqı”, “Oda düşəsən,” “Ocağın odlu olsun”, “Ocağın qazan görməsin” və s. Ümumiyyətlə, bütün çərşənbələrdə od aparıcı motivdir. Bu, od amilinin Novruzun mahiyyətində durmasına ən gözəl sübutdur.
El arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan İlaxır çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi martın 8-də, sonuncu çərşənbə - Torpaq çərşənbəsi isə martın 15-də qeyd olunacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

