/ / Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qlobal böhranın Azərbaycana təsiri minimuma endirilib
Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində qlobal böhranın Azərbaycana təsiri minimuma endirilib
11.02.2016 [09:56]
Fevralın 10-da müdafiə sənayesi naziri Yavər Camalov Şirvan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, sahibkarların və rayon ziyalılarının iştirakı ilə keçirilən görüşdə əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, dinamik iqtisadi inkişaf və regionların potensial imkanlarının hərəkətə gətirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək Prezident İlham Əliyevin regionların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində şəhərin sosial-iqtisadi həyatında mühüm irəliləyişlər baş verdiyini və qazanılan uğurların ötən il də davam etdirildiyini vurğulayıb. Bildirilib ki, digər bölgələr kimi, Şirvanda da sənayenin, sahibkarlığın inkişafı, sosial problemlərin həlli, məşğulluğun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Hazırda bütün səylər regionların sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıqların uğurlu icrasına yönəldilib.
Görüşdə çıxış edən müdafiə sənayesi naziri Yavər Camalov respublikada əldə edilən uğurlardan danışıb və Prezidenti İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqları və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Nazir dünyada hökm sürən iqtisadi böhrana toxunaraq qeyd edib ki, son illər baş verən bu proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Dünya bazarında neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycanın milli valyutası olan manatın devalvasiyası ilə nəticələnib. Yaranmış maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan inkişaf etməkdədir, qarşıya qoyulmuş bütün vəzifələr, sosial proqramlar icra olunur. 2015-ci ildə ümumi daxili məhsulda 1 faizdən çox, sənaye istehsalında 2,4, qeyri-neft sektorunda isə 8,4 faiz artım olub. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub. Regionların inkişafı daha da sürətlənib.
Yavər Camalov ötən il dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının əsasən siyasi amillərlə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunduğundan baş verən proseslərdən kənarda qala bilməzdi. Lakin Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın inkişafı və ictimai-siyasi sabitliyin qorunması təmin edilib. Dövlətimizin başçısının uzaqgörənliyi sayəsində görülmüş uzunmüddətli və qabaqlayıcı tədbirlər öz bəhrəsini verib. Belə ki, dünyanın inkişaf etmiş dövlətləri illərdir bu böhrandan əziyyət çəksələr də, Azərbaycanda bu təsirin minimuma endirilməsinə nail olunub.
Y.Camalov Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr olunmuş iclasında, eləcə də regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, bu vəzifələrə uyğun olaraq Şirvan şəhərində də sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması, biznes mühitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlərdə təxirəsalınmaz tədbirlər görülməlidir.
Görüşdə Y.Camalov vətəndaşların müraciətlərini dinləyib, onlardan 30 nəfərin Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən müəssisələrində, 20 nəfərin isə digər müəssisələrdə işlə təmin edilməsinə dair göstərişlər verib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Rafael Cəbrayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin digər bölgələrlə yanaşı, Şirvanın da inkişafına böyük imkanlar yaratdığını söyləyib.
Görüşdə bir sıra təkliflər səsləndirilib, qaldırılan problemlərin bir qismi yerindəcə həll olunub, bəziləri ilə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Çıxış edən sahibkarlar və ictimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

