/ / Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
19.01.2016 [10:07]
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Dəniz Administrasiyasının mətbuat xidmətindən bildirilib ki, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, 1990-cı ilin 20 Yanvar hadisələri 20-ci əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşüb: “Bu hadisələr müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdəndir. 20 Yanvar günü həm də Milli Qürur günümüzdür. Azərbaycanın suverenliyi uğrunda ayağa qalxmış əliyalın xalq silahlı imperiya qoşunlarının qarşısında böyük şücaət göstərdi. Şərəfli zirvəyə - şəhidliyə yüksələrək həm özlərinə, həm də Vətənə qəhrəmanlıq salnaməsi yaratdılar. Bakıya yeridilən qoşunlar paytaxt və rayonlarda 147 nəfəri qətlə yetirdi, 638 nəfər yaralandı. Bu olaylar Azərbaycan xalqının azadlıq eşqini boğmağa hesablansa da Vətən sevgisi ilə coşan insanların böyük müqaviməti ilə qarşılaşdı. Azərbaycan vətəndaşı üstünə şığıyan tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini sipər etdi. Onlar qanları bahasına müstəqilliyin şirinliyini dadan ilk insanlar oldu”.
Administrasiyanın rəisi Qüdrət Qurbanov o ağır günlərdə məhz Ümummilli lider Heydər Əliyevin xalqın səsinə səs verdiyini xüsusilə vurğulayıb: “Yalnız Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə pisləmişdir. Ulu öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün şəhid ailələrinin problemlərini daim diqqətdə saxlayır və bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məhz dövlət başçısının yorulmaz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün regionun ən qüdrətli, nüfuzlu dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək gücünə malikdir”.
Anım mərasimində Dövlət Dəniz Administrasiyanın rəis müavini Ehtiram Rəhimov, administrasiyanın dəniz nəqliyyatı siyasəti şöbəsinin müdiri Nigar Bağırova, hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin hüquq sektorunun baş məsləhətçisi Seymur Əsgərli, gəmi heyəti şöbəsinin təhsil-tədris və metodiki təminat sektorunun aparıcı məsləhətçisi Seyidilyas Qədirov, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin liman nəzarəti müfəttişliyi bölməsinin liman nəzarəti müfəttişi Emin Aşurov, Nəqliyyat və Texniki-Təminat İdarəsinin hüquqşünası Çərkəz Babayev çıxış edərək o zaman Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri qətiyyətlə pisləyiblər. 20 Yanvar hadisəsinin Ümummilli Hüzn Günü olması ilə yanaşı, həm də tariximizin şərəfli, qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

