Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib

10.09.2026 [12:43]

Azərbaycan Prezidenti İlham Əliyev İsmail Uld Şeyx Əhmədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı məktubunda Baş katibə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyev Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrimizin bugünkü səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb.

İsmail Uld Şeyx Əhmədin bu mötəbər təşkilata rəhbərliyinin İƏT-in qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsinə, İslam həmrəyliyinin güclənməsinə xidmət edəcəyinə inandığını bildirən Azərbaycan Prezidenti Baş katibə bir daha möhkəm cansağlığı, xoşbəxtlik, İslam dünyasının rifahı naminə şərəfli işində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30