I Gənc Sahibkarlar Forumu keçirilib
15.01.2016 [09:29]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “İB Club” Gənclərin İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “I Gənc Sahibkarlar Forumu” layihəsi reallaşıb. Layihənin keçirilməsində məqsəd sahibkarlıq fəaliyyətində uğur qazanmış gəncləri bir araya toplamaq, onların şəbəkəsini yaratmaq, eyni zamanda, uğurlu gənclərin böyük auditoriyaya təqdim olunması, onların uğur hekayələrini digər gənclərə çatdırmaqdan ibarət idi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov tədbir iştirakçılarını salamlayaraq forumun işinə uğurlar arzulayıb. O, çıxışında ölkədə aparılan gənclər siyasətinə, son zamanlarda sahibkarlığın inkişafı yönündə atılmış addımlara geniş yer verib və gənclərə hərtərəfli dəstəyinə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov çıxışında gənclərin bu kimi təşəbbüslərini yüksək səviyyədə qiymətləndirərək onlara uğurlar arzu edib.
Layihə tələbələrin iştirakı ilə, gənc sahibkarların öz uğurlu fəaliyyətlərinin təqdimatı ilə tamamlanıb. Layihədə müxtəlif universitetlərin 100-ə qədər tələbəsi iştirak edib, onlar universitetlərdə, kitablarda oxumadıqları məlumatlara sahib olublar. “Monolit Plaza”da keçirilən son görüşdə 7 müxtəlif biznes sahəsində uğurlu kommersiya fəaliyyət yollarının təqdimatı edilib. Rasim Adjalov, Tamerlan İsmayilov, Samir Kərimov, Aytən Əliyeva, Lamiyə Korçiyeva sahibkarlıq fəaliyyətlərinin detalları haqda fikirlərini paylaşıb, sıfırdan biznes qurma yollarını izah ediblər. Kəmaləddin Nəzərli isə biznes idarəçiliyində direktorun rolu haqqında gəncləri məlumatlandırıb.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29

