Nardaranda dindarlarla görüş keçirilib
14.01.2016 [09:33]
Yanvarın 13-də Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sabunçu rayonunun Nardaran qəsəbəsində olub, qəsəbənin “Rəhimə xanım” ziyarətgahında bir qrup dindar və ağsaqqallarla görüşüblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də iştirak etdiyi görüşdə qəsəbədəki məscidlərdə dini fəaliyyətin təşkili və dini icmanın yaradılması istiqamətində məsələlər müzakirə olunub.
Görüşdə bildirilib ki, Nardaran qəsəbəsinin abadlaşdırılması, sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və aidiyyəti qurumlar bu istiqamətdə bütün lazımi tədbirləri görürlər. Eyni zamanda, qeyd edilib ki, respublikanın bütün bölgələrindəki məscidlər kimi, Nardarandakı məscidlər də qanun çərçivəsində fəaliyyət göstərməlidir. Bunun üçün qəsəbədə dini icmanın yaradılmasına və məscidlərin fəaliyyətinə, eləcə də dini maarifçilik işinin aparılmasına hər cür kömək göstəriləcək.
Nardarandakı məscidlərin qanun çərçivəsində fəaliyyət göstərməsinə tərəfdar olduqlarını deyən qəsəbədəki Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Musa Qasımov və digər ağsaqqallar bu məqsədlə əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər. Qeyd ediblər ki, artıq dini icmanın yaradılması işinə başlanılıb.
Görüşdə dini icmanın yaradılması prosesinin qısa vaxtda başa çatdırılması, dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərin Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunması və növbəti mərhələdə icma üzvləri ilə görüş keçirilməsi qərara alınıb. Həmçinin Nardaran ağsaqqallarını maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

