Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclasında beş məsələ araşdırılıb
31.12.2015 [09:53]
Azərbaycan Mətbuat Şurasının şikayətlər üzrə komissiyası dekabrın 30-da cari il üçün son iclasını keçirib.
Şuranın sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri beş məsələni araşdırıblar.
Əvvəlcə müstəqil jurnalist Xalid Kazımovun “Milli.az” internet portalı ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, şikayət doğuran yazıda etik prinsiplərin bir sıra tələbləri pozulub. Lakin sayt sonradan qarşı tərəfin mövqeyinə aydınlıq gətirib. Komissiya bunu məqbul sayıb. Eyni zamanda, həmin kütləvi informasiya vasitəsinə bu kimi yazıların təqdimatına daha həssas yanaşmağı tövsiyə edib.
İclasda beş KİV-lə əlaqədar materialların araşdırılması üçün Mətbuat Şurasının reket jurnalistikaya qarşı mübarizə komissiyasına göndərilməsi məqbul hesab olunub. “Xalq tribunası” qəzetinin Sumqayıt Şəhər Məhkəməsinin rəhbərliyi barədə yazılarının “reket jurnalistika”ya xas tərzdə səhifəyə çıxarılması, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələblərinin pozulması buna əsaslar verib.
“Azfakt.az”, “Azerinfo.org”, “Reportyor.tv” və “pia.az” saytlarının da adlarının Mətbuat Şurasının “qara siyahı”sına salınması məsələsinə həmin komissiyanın Şuranın İdarə Heyətinə təqdimatından sonra baxılacaq. Müzakirələr zamanı bildirilib ki, bu KİV-lərin Ağdam Rayon İcra Hakimiyyəti barədə yaydıqları məlumatların əksəriyyəti peşə etikasına zidd şəkildə, korporativ həmkarlıq formasında yayımlanıb. Belə materiallar bir qayda olaraq informasiyaların həqiqiliyi yoxlanılmadan verilir, bunlarda şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn fikirlər yer alır.
Çıxışlarda o da vurğulanıb ki, ölkədə oxşar metodlarla birgə hərəkət edən 30-a yaxın sayt mövcuddur. Mətbuat Şurası bu cür hallara qarşı mübarizənin yeni vasitələrini nəzərdən keçirməlidir.
İclasda Ağdam şəhər sakini Rafiq Nəbiyevin “ölkə.az” saytı ilə əlaqədar müraciətinə də baxılıb. Müzakirədə cavabdeh tərəfə müraciət müəllifinin mövqeyinin yayılması tövsiyə olunub.
“Gundemxeber.az” saytı Ucar şəhər sakini Vahid İbrahimovun müraciəti əsasında şikayət doğuran materialı oradan götürdüyü üçün məsələ həllini tapmış hesab edilib.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29

