Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir

Çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir

17.12.2015 [10:08]

“Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində ənənəvi olaraq hər il dekabrda keçirilən Prezident Kuboku uğrunda çövkən oyunu üzrə yarışların coğrafiyası ildən-ilə genişlənir. Bu, bizi çox sevindirir. 2006-cı ildə ilk dəfə keçirilən yarışda 8 komanda iştirak edirdisə, bu il onların sayı 24-ə çatıb. Yəni iştirakçı komandaların sayı üç dəfə artıb. Tərtər, Şəmkir, Samux rayonları builki yarışlarda ilk dəfə təmsil olunurlar. Bu onu göstərir ki, oyunlara maraq çox yüksəkdir”.
Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərov Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Qurumun rəsmisinin bildirdiyinə görə, 2006-cı ildə təşkil edilən oyunlarda yalnız çövkən oyunu üzrə yarışlar keçirilib. Sonrakı illərdə oyunların proqramına sür-papaq, papaq, atüstü güləş və yaylıq oyunları da daxil edilib. Bu il isə güc sınağı və baharbənd yarışları ilə oyunların proqramı daha da zənginləşdirilib.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31