/ / Masallı rayonu ictimaiyyətinin nümayəndələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər
Masallı rayonu ictimaiyyətinin nümayəndələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər
02.12.2015 [10:05]
Masallı bölgəsində yaşayan ictimaiyyət nümayəndələri noyabrın 30-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş vermiş hadisələrlə bağlı müraciət qəbul ediblər.
Müraciətdə deyilir:
Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribat əməlləri cəmiyyətdə birmənalı olaraq qəzəblə qarşılandı. Ekstremistlərin bu hərəkəti rayonumuzun ictimaiyyəti tərəfindən hiddətə səbəb olmuş, xəyanətkarların hərəkəti pislənilmişdir.
Biz masallılılar da ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini Vətənə xəyanət adlandırırıq. Masallı sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdudur. Azərbaycançılıq məfkurəsinə, milli dövlətçiliyə, Ümummilli liderin siyasi xəttinə sədaqət hissi, vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə varislik ənənəsi hamımızın qəlbində yaşayır. Tariximizin parlaq səhifəsində adları şərəflə çəkilən qəhrəmanlarımızın cərgəsində Masallı övladlarının olması qürur doğurur. Fəxr edirik ki, dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda müqəddəs mübarizədə milli qəhrəmanlarımız, şəhidlərimiz var.
İslam dini bizə “Vətəni sevmək imandandır” fikrini, mənəviyyatını təlqin edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər, din pərdəsi altında məkrli hərəkətlərə yol verənlər cinayətkardırlar. Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu, bütün dünyaya nümunə olacaq dərəcədədir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici anti-Azərbaycan qüvvələr ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün daim cəhdlər göstərsə də, bunun qarşısı qətiyyətlə alınır.
Nardaranda baş verən hadisələr xarici dairələrin göstərişilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa bir daha göstərdi. Ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyan bu təxribatın hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındı. Xarici dairələrin məkrli niyyətinin alətinə çevrilən müəyyən qrup şəxslərin dövlətçiliyimizə yönələn cinayətlərini biz Masallı ictimaiyyəti - dindarlar, ziyalılar, ağsaqqallar qınayırıq. Bu cür qurumların bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilməlidir. Bu, bizim vətəndaşlıq mövqeyimizdir. Masallılılar bütün məqamlarda olduğu kimi, indi də, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx birləşəcək və belə qruplara qarşı kəskin mübarizə aparacaqlar. Baş verən hadisələr bir daha onu təsdiqləyir ki, beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycanda ictimai sabitliyi pozmaq, tolerant ölkə imicinə zərbə vurmaq qeyri-mümkündür. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu ölkədə hansısa beynəlxalq gücün, hansısa dövlətin dövlətçiliyimizə, müstəqilliyimizə təcavüz cəhdlərinə yol verilə bilməz.
Biz masallılılar baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətlərin törədicilərinə ciddi cəza verilməsini və cəzalandırılmasını tələb edirik.
Mirqiyas Təhməzov - QMİ-nin bölgə qazısı
Cavanşir Əsədov - Ağsaqqallar Şurasının sədri
Mirkərim Əliyev - din xadimi
Məmmədhüseyn Həsənov - Prezident təqaüdçüsü
Qardaş Fətullayev - Ziyalılar Cəmiyyətinin sədri
Atabala Hacıyev - müharibə veteranı
Camal Manafov - Gənclər və İdman İdarəsinin rəisi
Mirqabil Hüseynov - 1 nömrəli şəhər tam orta məktəbinin direktoru
Məmmədağa Şiriyev - MƏSQ rayon təşkilatının sədri
Nəriman Qafarov - ağsaqqal
Məhərrəməli Əbilov - Aşurlu dini icmasının sədri
Nəcəfqulu Quliyev - Hacıtəpə dini icmasının sədri
Səxavət Mirzəyev - Qızılavar “Peysə” məscidi dini icmasının sədri
Əli Qasımov - Ərkivan “Göllü” məscidi dini icmasının sədri
Vaqif Mikayılov - Dadva məscidi dini icmasının sədri
Oruc Qurbanov - Çaxırlı məscidi dini icmasının sədri
Rəbbi Kərimov - Eminli məscidi dini icmasının sədri
Ramil Şahbazov - Sığıncaq məscidi dini icmasının sədri
Əhliman Hüseynov - Ərəb məscidi dini icmasının sədri
Etibar Sadıqov - Bağıroba məscidi dini icmasının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

