Şərur və Sədərək rayonlarında seçkilərə hazırlıq işləri uğurla yekunlaşıb
30.10.2015 [10:30]
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etmiş, bütün sahələrdə yüksək nailiyyətlərə imza atmış bölgələrindən biri olan Şərur rayonu seçkilərə tam hazırdır.
Şərur şəhərindəki 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur dairə seçki komissiyalarında və həmin komissiyaların tərkibində olan bir neçə məntəqədə bunun bir daha şahidi olduq. 1 saylı Şərur-Sədərək dairə seçki komissiyasının sədri Niyaz Əsgərov bildirdi ki, dairənin tərkibində 35 məntəqə yaradılıb və həmin məntəqələr seçkilərə tam hazırdır. Bu məntəqələrdə 38 min 435 seçici səs verəcək. Onlardan 815-i ölkəmizin ictimai-siyasi həyatında ən əhəmiyyətli və yaddaqalan hadisələrdən biri olan seçki prosesində ilk dəfə iştirak edəcək. Seçicilərdən biri muxtar respublikanın ən yaşlı sakinidir. Şərur rayonunun Kürçülü kəndində yaşayan Qonça Hüseynovanın 117 yaşı var.
1-1 saylı Heydərabad, 1-22 saylı Yengicə, 1-25 saylı Düdəngə, 1-27 saylı Zeyvə, 1-31 saylı Mahmudkənd seçki məntəqələrində veb-kameralar quraşdırılıb. Bu da seçki prosesinin internet üzərindən izlənməsinə şərait yaradacaq. Komissiya sədri söhbət zamanı bildirdi ki, komissiya seçki prosesinə start veriləndən bu günə qədər öz işini Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə qurub. Komissiyanın iclaslarında müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib, seçki komissiyasının üzvləri üçün kurslar, seminar-treninqlər təşkil olunub. Deputatlığa qeydə alınmış namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün qapalı və açıq yerlər ayrılıb, təşviqat kampaniyası qanunauyğun şəkildə aparılıb. Şəxsiyyət vəsiqəsinin vaxtı ötmüş seçicilərin seçkilərdə səs verməsini təmin etmək üçün yaşayış məntəqələrində səyyar xidmətlər təşkil edilib və vətəndaşların bu problemi vaxtında həll olunub.
Dairənin 1-26 saylı Düdəngə seçki məntəqəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə yerləşir. Müasir tələblərə cavab verən binada yaradılan məntəqə lazım olan avadanlıqlarla təchiz edilib. Həmin binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərlə əlaqədar yaradılmış 8-2 saylı seçki məntəqəsi də eyni şəraitlə təmin olunub. Bu məntəqələrdə 1205 seçici səs verəcək. Onların 40-ı ilk dəfə səs verənlərdir. İlk dəfə səs verəcək seçicilərlə görüşlər təşkil olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.
2 saylı Şərur dairə seçki komissiyasının sədri İbrahim Abbasov isə bildirdi ki, seçkilərin yüksək səviyyədə təşkili üçün muxtar respublikada artıq zəngin təcrübə qazanılıb. Son illərdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri də bir daha göstərdi ki, ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada vətəndaşların öz seçki hüquqlarından istifadəsi diqqət mərkəzində saxlanılır. Bu, seçkilərdə iştirak edən xarici müşahidəçilər tərəfindən də təsdiq edilib.
Komissiya sədri onu da bildirdi ki, seçicilər öz iradələrini 53 məntəqədə ifadə edəcəklər. Onların sayı dəqiqləşdirilib. Belə ki, seçkilərdə 41 min 435 nəfər seçici səs verəcək. Onlardan 471-i ilk dəfə səs vermək hüququndan istifadə edəcək. Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün bütün tədbirlər görülüb. Dairənin tərkibində olan məntəqələrdə məlumat guşələri hazırlanıb. Seçki gününü və yerini göstərən bildirişlər paylanılıb.
AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

