Cari ilin doqquz ayı Nərimanov rayonunun sosial-iqtisadi inkişafı üçün uğurlu olub
22.10.2015 [10:31]
Oktyabrın 21-də Nərimanov rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək oktyabrın 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə edilmiş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdırdığını, həmin vəzifələrin həlli ilə bağlı dəyərli tapşırıq və göstərişlərini verdiyini xatırladıb.
Hesabat məruzəsində Nərimanov rayonunun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövr ərzində görülmüş işlərə, həyata keçirilmiş tədbirlərə və qarşıda duran vəzifələrə diqqət yetirilib. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanov rayonunun hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi nəzərə çatdırılıb.
Doqquz ayın yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 792 milyon manatlıq məhsul istehsal olunduğu, istehlakçılara 1 milyard 938 milyon manatlıq və ya bütün sənaye məhsulunun 108,1 faizi qədər sənaye məhsulu göndərildiyi bildirilib. Həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisinin 88,6 faiz təşkil etdiyi, yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2982 daimi iş yerinin yaradıldığı diqqətə çatdırılıb.
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin icrasının uğurla həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin uzunluğu 15 kilometr olan hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub. Paytaxtın giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq, istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi yüksək keyfiyyətlə davam etdirilir və həmin binalar yaxın vaxtlarda sakinlərin istifadəsinə veriləcək.
Yığıncaqda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında sahibkarlara verdiyi dəstəklə bağlı tapşırıqlarını rəhbər tutaraq rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə maneçilik törətməmək və sahibkarlara qarşı bürokratik əngəllərə yol verməmək barədə xəbərdarlıq edilib.
Sonda icra başçısı Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və digər istiqamətdə cari ilin ilk doqquz ayı ərzində görülən işlərin gələcəkdə də uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirib, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb, Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

